Baş energetik

Bakı

Matanat A
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Məhsulun istehsal planı çərçivəsində istehsal edilməsinə nəzarət edir;
  • İstehsalın təqvim planına uyğun olaraq yerinə yetirilməsi məqsədilə lazımı işləri görür;
  • Sexlərdə texnoloji intizamın yerinə yetirilməsinə, texnoloji avadanlığın düzgün istismarına nəzarət edir.
  • Müxtəlif güclü yarım stansiyaların layihələndirilməsi;
  • Elektrik generatorlarının, alternativ enerji qurğularının istismarı və texniki xidməti;
  • Elektrik dövriyyəsinin hesablanması;
  • Qəbul olunmuş qaydaları və əmsalları nəzərə alaraq layihələndirilmə işləri;
  • Müvafiq dövlət strukturları ilə layihələrin razılaşdırılması və təsdiqi;
  • Layihələrə əsasən quraşdırılacaq elektrik avadanlıqlarının, mal-materialların, qəbul olunmuş əmsalları nəzərə alaraq, smetaların hesablanması;
  • Mövcud olan elektrik dövriyyəsinə uyğun alınmış yarım stansiyaların istismarı və texniki xidməti;
  • Elektrik quraşdırma üzrə texniki şərtlərin razılaşdırılması və təsdiqi;
  • Elektrik enerjisinin yüklənmə qrafikinə əsasən, istifadənin səmərəlilik və effektivliyinə nəzarət etmək;
  • Enerji qurğu və avadanlıqlarının əsaslı təmirini həyata keçirmək;
  • Tabeliyində olan müvafiq sex və şöbələrin enerji bölmələrinə nəzarət etmək;
  • Texnika və avadınlıqların işini effektivləşdirəcək təkliflər verməli.
  • İş şəraiti: AR Əmək Məcəlləsinə uyğun sənədləşmə;
  • İş qrafiki-6 günlük,
  • Həftə içi 5 gün saat 08:00-dan 17:00-a dək;
  • Şənbə günü saat 08:00-dan 13:00-a dək;
  • Servis xidməti mövcuddur;
  • Nahar şirkətdə verilir.
  • İş yeri: Qaradağ rayonu, Ağdağ Gips zavodu.
  • Şəxsi keyfiyyətləri: Fikrini izah etmək qabiliyətli;
  • Ünsiyyət qurmaq bacarıqlı;
  • Fəal olması;
  • İşə planlı yanaşması.
  • Əmək haqqı Razılaşma yolu ilə

Xüsusi tələblər

  • Buraxılan məhsulların nomenklaturunu;
  • İstehsal texnologiyasının əsaslarını;
  • İstehsalat planlaşdırmasının hazırlanma qaydasını və məhsul buraxılışının təqvim qrafikini bilməlidir;
  • Müvafiq sahə üzrə ali təhsilli olmalıdır.
  • Analoji sahədə ən azı 5 il iş təcrübəsi;
  • Elektrotexnikanın əsaslarını bilməlidir.
  • Tələb olunan bilik, bacarıq və səriştələr:
  • Enerji xidməti üzrə metodiki, normativ və digər aidiyyatı sənədləri üzrə biliklər;
  • Enerji təsərrüfatının təşkili, onun texniki istismarının qaydaları və təmir aparılmasının texnologiyası üzrə biliklər;
  • Enerji avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyəti, iş rejimi və onların istismar qaydaları üzrə biliklər;
  • Yanacaq-enerji ehtiyatlarının sərfi normasının işlənməsi qaydaları üzrə biliklər;
  • Microsoft Office proqramları, AutoCad və s. mühəndis proqramlarını mükəmməl bilməli;
  • Dil bilikləri: Azərbaycan dili mükəmməl, Rus dili yaxşı, İngilis dili yaxşı
  • Komandada işləmə, təşkilatçılıq, ünsiyyət və peşəkar münasibətlərin qurulması bacarıqları, təşkilatın missiyasına sadiqlik.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız