Yanacaq-sürtkü materialları laboratoriyasına daxil olan aviasiya yanacaq-sürtkü materiallarının nümunələrinin (probların) fiziki-kimyəvi analizlərini vaxtında və operativ şəkildə aparmalı, analizlərin nəticələrinə əsasən rəy hazırlamalı;
Aviasiya yanacaq sürtkü materiallarının bütün davam edən təhlillərinin nəticələrini və hesablamalarının işçi jurnallarını aparmalı;
Aviasiya yanacaq sürtkü materiallarından nümunələri qəbul etməli, onların şifrələnməsini, uçotunu, saxlanmasını, qablaşdırılmasını və digər laboratoriyalara göndərilməsini təmin etməli;
Aviasiya yanacaq sürtkü materiallarına pasport və təhlillər verməli və imzalamalı;
Təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət etməli;
AZS İSO/İEC 17025 standartının tələblərinə müvafiq idarəetmə sisteminin həyata keçirilməsi, qorunması,saxlanması və təkmilləşdirilməsində iştirak etməli;
Qurğuların,alətlərin və digər laboratoriya avadanlıqlarının yaxşı vəziyyətinə nəzarət etməli, sadə tənzimləmə və korrektələr aparmalıdır.
Bazar ertəsi-Cümə günü: 09:00-18:00
Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq
Xüsusi tələblər
Təhsili/ixtisası: Ali təhsil (kimya ixtisası üzrə);
Dil bilikləri: azərbaycan dili - əla, ingilis dili –yaxşı;
Kompüter bilikləri: Microsoft Excel-yaxşı, Word-yaxşı, Outlook –yaxşı.
Komandada işləmək bacarığı;
Ünsiyyət qurmaq bacarığı
İşə planlı yanaşmalı.
Kimyəvi sınaq laboratoriyasında iş təcrübəsi olanlara;
Gəncə şəhərində yaşayanlara;
İSO 17025 sertifikatı olan işçilərə üstünlük verilir.