Rəqəmsal əməliyyatlara nəzarət bölməsinin aparıcı mütəxəssisi / baş mütəxəssis / Menecer

Bakı

Kapital Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankda kart əməliyyatları və ödəniş kanlları üzrə təhlükəsizliyi təmin edən vasitələr haqda məlumatların təhlilini aparmaq, mövcud qüsur və nöqsanların aradan qaldırılması, həmçinin bölmənin işinin təkmilləşdirilməsi üçün rəhbərlik qarşısında təkliflərlə çıxış etmək.
  • Bankın ödəniş kartları və ödəniş terminalları şəbəkəsi üzrə aparılan əməliyatların monitorinqi.
  • Təsvir olunmuş reqlamentlərə müvafiq olaraq kart və ödəniş terminalları şəbəkəsi üzrə dələduzluq hallarına vaxtında reaksiya verilməsinin təmin edilməsi.
  • Ödəniş kartlarının məlumatlarının komprometasiyasına aid olunması haqqında qərarın qəbul edilməsi.
  • Dələduzluq hallarının vaxtında aşkarlanması və onların gələcəkdə təsirini minimallaşdırma tədbirlərinin görülməsi.
  • MasterCard, Visa beynəlxalq ödəniş sistemlərin portallarında (Fraud Management) bloklanmış kartların bloklanma səbəbinin araşdırılması və dələduzluq halları aşkar olunmadığı halda kartların aktivləşdirilməsi.
  • Dələduzluq hallarına reaksiya verilməsi reqlamentinə yenidən baxılması və onun aktual vəziyyətdə saxlanması.
  • Dələduzluq hallarının mütəmadi müşahidəsinin həyata keçirilməsi, müşahidə nəticələrinin toplanması və analizi
  • Kritik dələduzluq və qeyri-standart hallar baş verdiyi zaman birbaşa rəhbərin dərhal məlumatlandırılması

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • Riyazi hesablama və analitik mühakimə etmək qabiliyyəti;
  • Məsuliyyətli, detallara diqqətli;
  • Komunikasiya bacariqi yüksək;
  • Gərgin iş qrafikində işləmək bacarığı

Telegram kanalımız