Problemli İşlər üzrə Mütəxəssis

Bakı

Avrora Qrup
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Biznes fəaliyyəti dayanmış müştərilərin hesablarında yaranmış alacaqlarla bağlı satış nümayəndələri tərəfindən təqdim edilmiş ərizələrin yoxlanılması və təsdiq edilməsi;
  •  Borcların AR Qanunvericiliyinə uyğun olaraq məhkəmədənkənar qaydada geri qaytarılmasının təmin edilməsi;
  • Fəaliyyət məqsədlərinə nail olmaq üçün borclularla telefon əlaqəsinin yaradılması, biznes və qeydiyyat-yaşayış ünvanlarına səfər edilməsi;
  • Gündəlik olaraq yeni daxil olan müştəri və işçilərin sistem üzərində araşdırılması və müvafiq tədbirlərin görülməsi;
  • Müştəri və ya əməkdaşlara aid cari debitor borcların izlənilməsi;
  • Problemli müştəri və işçilərdən alınan mədaxillərin sistemə daxil edilməsi;
  • Şöbənin gördüyü işlər barədə aylıq, rüblük hesabatların hazırlanması və təqdim edilməsi;
  • Şirkətin məhkəmədə təmsil edilməsi və irəli sürülən iddialarla bağlı qərarların icra edilməsi məqsədilə müvafiq tədbirlərin görülməsi;
  • Müqavilə, maliyyə və əmək iltizamının möhkəmləndirilməsi sahəsində təkliflərin hazırlanması;
  • Məhkəmə işləri ilə bağlı sənədlərin (iddia ərizələri, apellyasiya və kassasiya şikayətləri, etirazlar, vəsaitlər, qərardan şikayətlər) hazırlanması;
  • Məhkəmə qətnaməsi nəticəsində icraya yönəlmiş işlərin izlənilməsi;
  • Müqavilələrin hazırlanması, təhlili, risklərin qiymətləndirilməsi, danışıqlarda iştirak edilməsi və hüquqi tədqiqatın aparılması;
  • Qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının icraya yönəldilməsi və məhkəmə icraçıları ilə əməkdaşlıq edərək qərarların icra edilməsi;
  • İnzibati və vergi işləri ilə məşğul olunması;
  • Mübahisələrlə bağlı məhkəmədən öncə zəruri tədbirlərin görülməsi;
  • Cinayət işi materiallarının hazırlanması.
  • İş qrafiki: Tam iş günü (5 gün);
  • İş saatları: 09:00-18:00;
  • İş yeri: Bakı şəh., Aşıq Molla Cümə küç. 46C.
  • Əmək bazarında rəqabətli əməkhaqqı;
  • İşçilərə qayğı proqramı;
  • Peşəkar komanda mühiti;
  • Nahar;
  • Şirkət hesabına korporativ nömrə;
  • Təlim və inkişaf imkanları;

Xüsusi tələblər

  • Hüquqi nitq və yazışma qabiliyyəti;
  • Ofis proqramlarından sərbəst istifadə bacarığı;
  • Ezamiyyətə getməkdə çətinliyi olmamalı.
  • Təhsil: Ali təhsil (Hüquq sahəsində);
  • Yaş həddi: 25-45;
  • İş təcrübəsi: minimum 3 il (Hüquq sahəsində);
  • Dil biliyi: Azərbaycan dili (mükəmməl), Rus dili (orta səviyyədə).

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız