Sektor müdiri (Təhlil və dayanıqlı inkişaf sektoru)

Bakı

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • tabeliyində olan əməkdaşlar arasında iş bölgüsü aparır, onların fəaliyyətini əlaqələndirir, əmək, icra və xidmət intizamına riayət etmələrinə nəzarət edir;
  • şöbənin səlahiyyətlərinə aid olan sahələr üzrə, xüsusən sosial siyasətin gücləndirilməsi təkmilləşdirilməsinə kömək edə biləcək müxtəlif layihələrin və proqramların hazırlanması və həyata keçirilməsi məqsədilə beynəlxalq təşkilatlar,  xarici ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq etmək;
  • qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla, fəaliyyət istiqamətlərinə uyğun sahələrdə elmi-texniki nailiyyətlərin tətbiq edilməsinə dair təkliflər vermək;
  • dövlət sosial sığorta sistemində sığortaedənlərin və sığortaolunanların uçota alınması və dövlət sosial sığortası üzrə ödəmələrin verilmə qaydasınının təkmilləşdirilməsinə dair təkliflər vermək;
  • sığorta-pensiya sahəsində mövcud olan siyasətin təhlili, eləcə də həmin sistemin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahat tədbirlərinin monitorinqini aparmaq;
  • sığorta-pensiya sisteminin inkişafı ilə bağlı islahat təkliflərinin maliyyə və iqtisadi əsaslandırılması məqsədilə statistik göstəriciləri təhlil etmək və təkliflərin yaradacağı maliyyə yükünü hesablamaq;
  • aidiyyəti struktur bölmələr ilə birlikdə sığorta-pensiya sahəsində qısa, orta və uzunmüddətli dövr üçün proqnoz göstəricilərin hazırlanmasında iştirak etmək;
  • sığorta-pensiya sistemində aktuar hesablama mexanizmlərinin tətbiqinin genişləndirilməsi ilə bağlı təkliflər vermək, aidiyyəti struktur bölmələr ilə birlikdə tədbirlər görmək;
  • sığorta-pensiya sistemində və sosial-iqtisadi faktorlarda baş verən dəyişikliklərin qarşılıqlı təsirini qiymətləndirmək;
  • şöbənin fəaliyyət istiqamətlərinə uyğun olaraq dövri xarakter daşıyan beynəlxalq hesabatları, eləcə də mütərəqqi beynəlxalq təcrübəni təhlil etmək və müvafiq materiallar hazırlamaq;
  • sahə üzrə aidiyyəti altsistemlərin və e-sosial internet portalının müvafiq bölmələrinin davamlı olaraq monitorinqini həyata keçirmək və bu sistemlərdə mövcud olan məlumatların mötəbərliyinin artırılması, eləcə də həmin sistemlərin strukturunun və verilənlər bazasının təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək;
  • sığorta-pensiya sisteminin inkişafı ilə bağlı görülmüş işləri icmallaşdırmaq və dövrü olaraq icra hesabatları hazırlamaq;
  • fəaliyyət istiqamətləri üzrə vətəndaşlardan, dövlət orqanlarından, idarə, müəssisə və təşkilatlardan daxil olan müraciətlərə və sorğulara qanunvericiliyə uyğun olaraq  baxmaq;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 1020

    Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

    • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
    • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
    • ali təhsil haqqında sənədin surəti;
    • əmək kitabçasının surəti.
    • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 mart 2023-cü il   10 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: iqtisadiyyat və idarəetmə ixtisasları qrupu, riyaziyyat və informatika müəllimliyi, riyaziyyat müəllimliyi, sosiologiya, hüquqşünaslıq, riyaziyyat, sosial iş ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 4 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, Internetdən istifadə (yüksək səviyyədə)
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;Rus dili-B1;

    Telegram kanalımız