- Agentliyin strukturuna daxil olan qurumlarda daxili nəzarət tədbirləri, o cümlədən xidməti araşdırmalar, monitorinqlərdə iştirak etmək;
- Agentliyin strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən onların xidməti fəaliyyətini tənzimləyən normativ-hüquqi və digər idarəetmə aktlarının, təşkilati-sərəncamverici sənədlərin tələblərinə əməl olunmasına nəzarəti həyata keçirmək;
- Agentliyin strukturuna daxil olan qurumların əməkdaşlarının hərəkətləri (və ya hərəkətsizliyi) barədə sektora vətəndaşlardan, fiziki və hüquqi şəxslərdən, dövlət və qeyri-dövlət orqanlarından daxil olmuş müraciətlər (təqdimatlar) üzrə qanunvericiliyə uyğun tədbirlər görmək;
- "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun dövlət qulluqçusunun əsas vəzifələri və dövlət qulluğu ilə əlaqədar məhdudiyyətlərə dair müddəalarının tələblərinin pozulması halları üzrə xidməti araşdırma və yoxlamaların aparılmasında iştirak etmək;
- Agentliyin strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən yol verilmiş korrupsiya ilə əlaqədar hüquqpozma halları, yoxlama və monitorinqlərin nəticələri üzrə qanunvericiliyə uyğun olaraq xidməti araşdırmalar aparmaq;
- fəaliyyət istiqamətləri üzrə nəzarətin həyata keçirilməsinin forma və metodlarını müəyyən etmək və onları təkmilləşdirmək, qanunvericiliyin tələblərinə uyğun daxili nəzarət proqramlarını tərtib etmək, Agentliyin strukturuna daxil olan qurumlarda aparılacaq monitorinq və yoxlama planlarının hazırlanmasında iştirak etmək;
- Agentliyin strukturuna daxil olan qurumların əməkdaşları tərəfindən xidməti vəzifələrin və funksiyaların icrası zamanı fiziki və hüquqi şəxslərin hüquq və qanuni mənafelərinin pozulması hallarının qarşısının alınması ilə bağlı qabaqlayıcı tədbirlərə dair fəaliyyət istiqamətləri üzrə sektor müdirinə təkliflər vermək, fiziki və hüquqi şəxslərin hüquqlarının pozulduğu hallarda qanunvericiliyə uyğun tədbirlər görmək, onların hüquq və qanuni mənafelərinin qorunmasına nəzarəti həyata keçirmək;
- daxili nəzarət tədbirlərinin nəticələri üzrə cinayət tərkibinin əlamətləri olan əməllər müəyyən edildiyi halda cinayət təqibinin həyata keçirilməsi üçün iş üzrə materialların hüquq mühafizə orqanlarına aidiyyəti üzrə göndərilməsi barədə sektor müdirinin qarşısında məsələ qaldırmaq;
- korrupsiya ilə əlaqədar hüquqpozmalara dair daxil olmuş məlumatlar əsasında Agentliyin strukturuna daxil olan qurumlarda daxili araşdırma aparmaq və nəticəsi barədə sektor müdirinə məlumat vermək;
- fəaliyyət istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəni öyrənmək və yeniliklərin tətbiqi məqsədilə sektor müdirinə təkliflər vermək;
- Agentliyin strukturuna daxil olan qurumlar üzrə inzibatçılığın və təşkilati-idarəetmə işlərinin təkmilləşdirilməsi istiqamətində araşdırmalar aparmaq və sektor müdirinə təkliflər vermək;
- daxili nəzarət tədbirlərinin nəticələrini ümumiləşdirərək, sektor müdirinə təkliflər vermək;
- iş proseslərinin qanunvericiliyin tələblərinə uyğun aparılmasına öncədən, cari və sonradan nəzarətin təmin olunması məqsədilə Agentliyin strukturuna daxil olan qurumlara əməli-metodiki köməklik göstərmək;
- qanunvericiliyə uyğun olaraq, konfidensiallıq əsasında sektorun fəaliyyətinə köməklik edən şəxslərlə əməkdaşlığın məxfiliyini və anonimliyini təmin etmək;
- Agentliyin inzibati binalarının yanğından mühafizəsi ilə bağlı tədbirlər görmək;
- Agentliyin regional bölmələrinin fəaliyyətində baş vermiş nöqsanların araşdırılması və aradan qaldırılması ilə bağlı tədbirlər görmək;
- fəaliyyət istiqamətləri üzrə normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlanmaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
- qida təhlükəsizliyi sahəsinin inkişafı üzrə prioritetlərin müəyyən edilməsi, dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması və həyata keçirilməsində iştirak etmək;
- Sektor üzrə Agentliyin Kollegiyasında müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təkliflərini sektor müdirinə təqdim etmək;
- Sektor müdirinin müvafiq göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələləri hazırlamaq;
- Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirlərin həyata keçirilməsində iştirak etmək;
- Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
- Sektor müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
- Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
- Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
- Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq;
- Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək;
- fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
- Aylıq vəzifə maaşı 880
Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
- Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
- Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
- ali təhsil haqqında sənədin surəti;
- əmək kitabçasının surəti.
- Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 mart 2023-cü il 10 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.