Böyük məsləhətçi (Beynəlxalq əlaqələr sektoru)

Bakı

Qida Təhlükəsizliyi Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Agentliyin və tabeli qurumların vahid beynəlxalq əməkdaşlıq fəaliyyətini təşkil etmək məqsədilə kompleks tədbirlərdən irəli gələn tapşırıqları yerinə yetirmək;
  • Azərbaycan Respublikasında xarici ölkələrin diplomatik nümayəndəlikləri, Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəlikləri, beynəlxalq və regional təşkilatlar, sahə üzrə kommersiya və qeyri-kommersiya fəaliyyəti ilə məşğul olan transmilli, beynəlxalq və yerli şirkətlər, ictimai birliklər, işgüzar klublar, qeyri-hökumət təşkilatları, universitetlər, tədqiqat institutları və beyin mərkəzləri ilə qarşılıqlı əlaqələrin qurulmasından irəli gələn məsələləri həll etmək;
  • Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların beynəlxalq fəaliyyətləri ilə bağlı tapşırıqları yerinə yeirmək, onların fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində, işçilərin ezamiyyə səfərlərinin və beynəlxalq tədbirlərin təşkilinə, o cümlədən beynəlxalq maliyyə institutları hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi digər mənbələrdən istifadə edilməsinə dair sektor müdirinə rəy və təkliflər vermək;
  • Agentliyin prioritet hesab etdiyi istiqamətlər üzrə beynəlxalq təşkilatlarla birlikdə inkişaf layihələri və proqramlarını, Agentliyin aidiyyəti struktur bölmələri ilə birlikdə beynəlxalq layihələri hazırlamaq;
  • Hökumətlərarası komissiyaların və işçi qrupların işində iştirak etmək, xarici ölkələrin dövlət və özəl qurumları ilə ikitərəfli hökumətlərarası sənədlərin (müqavilə, anlaşma memorandumu, niyyət protokolu və s.) layihələrini hazırlamaq, o cümlədən bununla bağlı danışıqlarda və müzakirələrdə Agentliyi təmsil etmək;
  • dünyada baş verən prosesləri və tendensiyaları araşdırmaq və təhlil etmək;
  • Azərbaycan Respublikasında qida təhlükəsizliyi üzrə dövlət proqramlarının və inkişaf konsepsiyalarının hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
  • qida təhlükəsizliyi sahəsində beynəlxalq inteqrasiyanın sürətləndirilməsi üçün strateji istiqamətlərə dair sektor müdirinə təkliflər vermək;
  • qida məhsullarının idxal və ixracı ilə əlaqədar digər dövlətlərin aidiyyəti orqanları ilə əməkdaşlığı həyata keçirmək və idxal-ixrac əməliyyatları zamanı ortaya çıxan çətinliklərin həlli istiqamətində verilən tapşırıqları yerinə yetirmək;
  • qida məhsulları, dövlət baytarlıq və fitosanitar nəzarətində olan yüklərin ixracı zamanı aşkarlanmış uyğunsuzluqlara dair idxalçı ölkələrdən daxil olan bildirişlərlə (notifikasiya sənədləri ilə) ələqədar aidiyyəti struktur bölmə tərəfindən görülmüş işlərin nəticəsinə dair arayışların və cavab məktublarının bildirişləri göndərən tərəflərə təqdim etmək;
  • Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların nümayəndələrinin (rəhbərlərinin, əməkdaşlarının və mütəxəssislərinin) sahə üzrə təşkil edilən beynəlxalq tədbirlərdə (sərgi, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafətlər və s.) iştirakı ilə bağlı sektor müdirinə təklif vermək, bununla əlaqədar Agentliyin Aparatının struktur bölmə və tabeli qurum rəhbərlərinin təkliflərini araşdıraraq iştirakın zəruriliyini müəyyən etmək;
  • Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə  xarici ölkələrdən mütəxəssislərin dəvət edilməsini, onların səfərlərinin və Azərbaycandakı fəaliyyətinin təşkilindən irəli gələn məsələləri həll etmək;
  • beynəlxalq sənədlərin Agentliyin strukturuna daxil olan və strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən imzalanması ilə bağlı xarici dövlətlər, beynəlxalq təşkilatlar və beynəlxalq maliyyə institutları ilə danışıqlar aparmaq, ölkəmizdə keçirmək istədikləri beynəlxalq tədbirlərə dair əvvəlcədən məlumat əldə etmək və fəaliyyət istiqamətləri üzrə sektor müdirinə təkliflər vermək;
  • Agentliyin maliyyə mütəxəssisləri ilə birlikdə beynəlxalq donor təşkilatlar və beynəlxalq maliyyə institutları ilə danışıqlar aparmaq, onların hesabına maliyyələşən kredit, qrant, texniki yardım və bu kimi digər mənbələrdən yararlanmaq üçün sektor müdirinə təkliflər vermək və sənədlərin hazırlanmasında iştirak etmək;
  • ölkə daxilində və xaricdə beynəlxalq tədbirlərin (sərgi, forum, konfrans, seminar, kurs, iclas, təqdimat mərasimi, ziyafət və s.) təşkili ilə bağlı funksiyaları yerinə yetirmək, xaricdə təşkil olunan tədbirlərdə iştirak etməsi nəzərdə tutulan Agentliyin əməkdaşlarından ibarət nümayəndə heyətinin səfərini təşkil etmək;
  • Dövlət Proqramlarında, Strateji Yol Xəritələrində, Strateji Planlarda və Fəaliyyət Planlarında sektorun fəaliyyət istiqamətləri üzrə qeyd olunmuş tədbirləri həyata keçirmək;
  • Agentliyin digər ölkələrin dövlət qurumları və beynəlxalq təşkilatlarla münasibətlərin qurulması və inkişaf etdirilməsi ilə əlaqədar sektor müdirinə təkliflər vermək, beynəlxalq tədbirlərdə Agentliyin təmsil edilməsi ilə bağlı tədbirlər görmək;
  • xarici ölkələrə ezamiyyətə göndərilən Agentliyin strukturuna daxil olan qurumların və strukturuna daxil olmayan tabeliyindəki qurumların əməkdaşları üçün müxtəlif ölkələrin vizalarının alınması məqsədilə dəstək məktubunu hazırlamaq və onlara lazımı köməklik göstərmək;
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq normativ hüquqi aktların, təşkilati-sərəncamverici sənədlərin layihələrini hazırlamaq və ya hazırlanmasında iştirak etmək, digər dövlət orqanları tərəfindən hazırlanmış qanunvericilik aktlarının layihələrinə rəy və təkliflər vermək;
  • xidməti məlumatları, dövlət və kommersiya sirrini qorumaq;
  • Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatlar hazırlamaq;
  • Sektor müdiri tərəfindən sektora tapşırılmış vəzifələri yerinə yetirmək;
  • Sektor müdirinin göstərişinə və iş planına uyğun olaraq kollegiyanın müzakirəsinə təqdim ediləcək məsələlərin hazırlanmasında iştirak etmək;
  • Sektorun icraatında olan işlərlə bağlı aidiyyəti qurumlara müraciətlərin hazırlanması, sənədlərin toplanması və göndərilməsi ilə bağlı işləri həyata keçirmək;
  • Sektora daxil olan ərizə, şikayət və təkliflərə baxmaq və müəyyən edilmiş qaydada cavablandırmaq;
  • Sektora həvalə olunmuş vəzifələrin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planında nəzərdə tutulmuş tədbirləri vaxtında və keyfiyyətlə həyata keçirmək;
  • Sektorun vəzifələrini yerinə yetirmək üçün səlahiyyətləri daxilində Agentliyin digər strukturlarından məlumat və sənədləri almaq; 
  • Sektorda kargüzarlıq işlərinin aparılmasında iştirak etmək və məxfilik rejiminə riayət etmək; 
  • fəaliyyət istiqamətlərinə uyğun olaraq digər vəzifələri yerinə yetirmək.
  • Aylıq vəzifə maaşı 855

    Daxili müsahibədə aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:

    • Vəzifənin tutulması şərtlərinə uyğun olan Azərbaycan Respublikasının vətəndaşları.
    • Daxili müsahibədə iştirak etmək üçün aşağıdakı sənədlərin skan olunmuş variantı onlayn qeydiyyat zamanı müraciət formasına əlavə edilməlidir:
    • ali təhsil haqqında sənədin surəti;
    • əmək kitabçasının surəti.
    • Daxili müsahibədə iştirak etmək istəyən namizədlər 27 mart 2023-cü il   10 aprel 2023-cü il saat 18:00-dək Mərkəzin internet portalında Dövlət qulluğu üzrə müraciət Formasını doldurmaqla qeydiyyatdan keçməlidirlər. Namizəd portala daxil etdiyi məlumatların və sənədlərin aktuallığını və tamlığını təsdiq etməlidir.

    Xüsusi tələblər

    • Təhsilə dair tələblər: dil və ədəbiyyat müəllimliyi (dillər üzrə), filologiya (dil və ədəbiyyat göstərilməklə), politologiya, dövlət və ictimai münasibətlər, dövlət və bələdiyyə idarəetməsi, xarici dil müəllimliyi (dillər üzrə), tərcümə (dillər üzrə), regionşünaslıq (regionlar üzrə), hüquqşünaslıq, beynəlxalq münasibətlər ixtisasları üzrə ali təhsil
    • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
    • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Offıce, Internetdən istifadə yüksək səviyyədə
    • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-C1;Rus dili-C1;

    Telegram kanalımız