Mühasib köməkçisi

Bakı

Lubricant Supplier
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat uçotu üzrə ilkin sənədləşmələrin təşkili
  • Vergi və mühasibat uçotunun aparılması
  • Kassa, Bank əməliyyatlarının həyata keçirilməsi, qaimə və vergi hesab fakturaların yazılması, qarşılıqlı hesablaşma və üzləşmə aktlarının tərtib edilməsi
  • Debitor və kreditor hesablaşmaların aparılması
  • Əmək haqqı, məzuniyyətlərin hesablanması
  • Əsas vəsaitlərin alınması, istismara verilməsi, köhnəlməsinin hesablanması, balansdan silinməsi və s.
  • Mal-materialların uçotunun aparılması
  • İdxal və ixrac əməliyyatlarının uçotunun aparılması, maya dəyərinin hesablanması
  • Gündəlik və aylıq hesabatlarınin tərtib edilməsi
  • Aylıq xərclər smetasının planlaşdırılması və xərclərin plana uyğun sərfiyyatına nəzarət
  • Aylıq daxili maliyyə hesabatlarının hazırlanması
  • Vergi orqanlarından daxil olan məktubların nəzarətda saxlanılması və müvafiq yazışmaların aparılması
  • Aylıq, rüblük və illik Vergi, DSMF və Statistika hesabatlarının hazırlanması və aidiyyəti orqanlara təqdim edilməsi
  • Tender (satınalma) əməliyyatlarını bilməsi üstünlükdür
  • İş qrafiki: həftə içi 5 gün
  • Şənbə və bazar - istirahət günləri
  • İş saatı: 09:00-dan - 18:00-dək

Xüsusi tələblər

  • Ali təhsil (Maliyyə, mühasibatlıq və audit üzrə)
  • Ofis və 1C proqramlarında işləmə biliyi vacibdir
  • İş stajı: 1 ildən yuxarı
  • Yaş həddi: 25-35
  • İngilis və rus dili (arzuolunandır)
  • Diqqətlilik
  • Məsuliyyət
  • Komandada işləmək
  • Analitik düşünmə və riyazi hesablama qabiliyyəti

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız