Biznes analizi şöbəsinin aparıcı mütəxəssisi

Bakı

DOST Rəqəmsal İnnovasiyalar Mərkəzi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • strateji biznes ehtiyaclarını və müştəri proseslərini öyrənmək, təhlil etmək və təkliflər hazırlamaq;
  • biznes tələblərinin toplanması üçün görüşlər və təqdimatlar keçirmək, əməkdaşlığa dair təkliflər hazırlamaq;
  • biznes proseslər üzrə sənədləri, o cümlədən texniki tapşırıqlar, diaqramlar, istifadəçi təlimatları hazırlamaq;
  • biznes proseslərinin təhlilində informasiya texnologiyaları məlumatlarından istifadə etmək;
  • biznes tələblərinə dair həlləri araşdırmaq və təkliflər hazırlamaq;
  • biznes proseslərini davamlı nəzərdən keçirmək, data və statistik analizləri aparmaq və optimallaşdırma üçün tədbirlər görmək;
  • layihələrin və layihə planlarının hazırlanmasında, habelə layihələrin idarə olunmasında iştirak etmək;
  • fəaliyyətin təkmilləşdirilməsi məqsədilə informasiya texnologiyaları sahəsində yenilikləri izləmək;
  • fəaliyyət istiqaməti üzrə müəyyən edilmiş digər vəzifələri yerinə yetirmək.

Xüsusi tələblər

  • ali təhsil;
  • biznes analitik kimi ən azı 1 il iş təcrübəsi;
  • Azərbaycan dili üzrə yüksək, İngilis dili və Rus dili üzrə orta səviyyədə dil bilikləri;
  • MS Word, MS Excel, MS Project, MS Visio, SQL üzrə biliklər;
  • BI (power bi, knowage və s.) data modelləri qurmaq bacarığı;
  • Task Management sistemləri ilə işləmə bacarığı (Jira, Redmine, Trello və s.);
  • Mockup, Wireframe, Draw.io alətlərindən istifadə etmək bacarığı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız