Azərbaycanın yüksək potensiallı gənclərini Mərkəzi Bankçılıq ilə yaxından tanış etmək, işə hazırlıq bacarıqlarını inkişaf etdirmək və praktiki təcrübəni təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Mərkəzi Bankı “Maliyyəçisən” təcrübə poqramınıhəyata keçirir. Təcrübə proqramı çərçivəsində gənclər seçilən istiqamət üzrə peşəkarlardan öyrənməklə yanaşı səriştə və bacarıqlarının artırılması üçün müxtəlif bankdaxili təlimlərə cəlb olunur.
Proqramın müddət: 2 ay (İyul və Avqust ayları)
İştirak: Həftənin 5 günü
Ödəniş: Gündəlik yol və yemək xərclərini ödəyə biləcək məbləğdə təqaüd
“Maliyyəçisən” təcrübə proqramının 2023-cü il buraxılışı aşağıda qeyd olunan departamentləri əhatə edəcək:
Pul siyasəti
Tədqiqatlar
Statistika
Valyuta ehtiyatlarının idarə edilməsi
Maliyyə bazarlarında əməliyyatlar
Maliyyə sabitliyi
Kapital bazarı fəaliyyətinə dair siyasət və nəzarət
Sığorta fəaliyyətinə dair siyasət və nəzarət
Nağd Pul
Strateji və layihə idarəedilməsi
Beynəlxalq əməkdaşlıq və kommunikasiya
İnformasiya texnologiyaları
Hüquq
İnsan Resursları
Xüsusi tələblər
Kimlər müraciət edə bilər?
Təcrübə proqramına bakalavr və magistraturada təhsil alan tələbələr və məzunlar (2022-ci il və 2023-cü il) müraciət edə bilər.
Seçim mərhələləri hansılardır?
Müraciətlərin qəbulu və ilkin skrininq
Test və qrup müsahibəsi
Panel müsahibəsi
Tələbənin (və ya məzunun) müraciəti bir neçə istiqamət üzrə uyğun olarsa müsahibələrin sayı dəyişə bilər.
Müraciət üçün son tarix hansıdır?
Maliyyəçisən təcrübə proqramına müraciət üçün son tarix 25 Aprel 2023-cü ildir.
Necə müraciət etmək olar?
Müraciətlərin qəbulu yalnız aşağıda qeyd olunan keçid vasitəsi ilə mümkündür