Sabirabad "ASAN xidmət" mərkəzi, Vətəndaşların hüquqlarının təminatı-sektor müdiri

Sabirabad

Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • sektorun əməkdaşları arasında iş bölgüsünü aparır və sektorun fəaliyyətinə rəhbərliyi həyata keçirir;
  • sektorun əməkdaşlarının xidməti fəaliyyətinin qiymətləndirilməsini həyata keçirir;
  • mərkəzdə həyata keçirilən xidmətlərin operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsiplərinə uyğun olaraq həyata keçirməsinə nəzarət edir;
  • mərkəzdə baş vermiş konfliktli halların həllini həyata keçirir, müşahidə edilən pozuntuların aradan qaldırılmasını tələb edir və digər tədbirlər görür, bu barədə mərkəz direktoruna və Dövlət Agentliyinin Aparatına məlumat verir;
  • mərkəzlərdə fəaliyyətin qanunvericiliyə uyğun qaydada həyata keçirilməsinə nəzarət edir, müşahidələr aparır, monitorinqlərdə iştirak edir;
  • zəruri hallarda vətəndaşları aldıqları və ya almaq istədikləri xidmətlərin qanunvericiliyi barədə məlumatlandırır;
  • mərkəzdə fəaliyyət göstərən dövlət orqanlarının əməkdaşlarının etik davranış qaydalarına və növbəlilik qrafikinə əməl etməsinə nəzarət edir;
  • sektora daxil olan sənəd və müraciətlərin araşdırılması və cavablandırılmasını təşkil və təmin edir;
  • səlahiyyətləri çərçivəsində şəxslərin qəbulunu həyata keçirir;
  • mərkəzin cavabdeh olaraq müəyyən edildiyi məhkəmə prosesləri barədə Dövlət Agentliyinin Aparatına məlumat verir, həmin proseslərdə mərkəzin nümayəndəsi kimi iştirak edir, zəruri prosessual hərəkətləri aparır;
  • mərkəzdə göstərilən xidmətlərin səyyar formada təşkilində iştirak edir;
  • fəaliyyətin və xidmətlərin göstərilməsində istifadə edilən hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı mərkəz direktoruna təkliflər verir;
  • mərkəz direktorunun tapşırığına əsasən arayışlar, hesabatlar və məlumatlar hazırlayır;
  • vəzifəsi üzrə mərkəz direktorunun digər tapşırıqlarını vaxtında və keyfiyyətli yerinə yetirir.
Müsabiqənin müsahibə mərhələsində aşağıdakı şəxslər iştirak hüququna malikdirlər:
  • Dövlət qulluğunun müvafiq vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən dövlət qulluğu sertifikatıqüvvədə olan şəxslər;
  • Dövlət qulluğu vəzifəsinin tutulması üçün nəzərdə tutulan təhsil tələbi (istiqaməti) üzrə elmlər doktoru elmi dərəcəsi olan şəxslər;

Xüsusi tələblər

  • Təhsilə dair tələblər: tarix, politologiya, hüquqşünaslıq, dövlət və ictimai münasibətlər, fəlsəfə, regionşünaslıq (regionlar üzrə), beynəlxalq münasibətlər, dövlət və bələdiyyə idarəetməsi ixtisasları üzrə ali təhsil
  • İş stajına dair tələblər: 2 il struktur bölmənin və ya vəzifənin fəaliyyət istiqamətləri üzrə iş stajı
  • Kompüter biliklərinə dair tələblər: MS Windows, MS Office, İnternetdən istifadə(yüksək səviyyədə)
  • Xarici dil biliklərinə dair tələblər: İngilis dili-B1;
  • Müsahibədə iştirak etmək hüququ verən sertifikat AC4

Telegram kanalımız