Alış-veriş mərkəzinə gələn qonaqları qarşılamaq və salamlamaq, onları maraqlandıran sualları cavablandırmaq və maraq göstərdikləri mövzular üzrə əlavə məlumat vermək;
Tələb olunduqda ticarət mərkəzi qonaqlarını məlumat kitabçaları ilə təmin etmək;
Əlavə məlumat vermək məqsədi ilə maraqlı və potensial qonaqları müəyyən etmək;
Tədbirlərdə nümayəndə qismində çıxış edərək təşkilatçılarla, digər heyət üzvləri və xüsusi qonaqlarla – menecerlər, sənətçilər və ərzaq təchizatçıları ilə əlaqə qurmaq. Həmçinin tədbirlər zamanı müştərilərin arasında olaraq onların məmnun olub-olmadıqlarından əmin olmaq;
Qonaqlarla üz-üzə, telefon və electron poçt vasitəsi ilə təmasda olmaq;
Qonaqların sorğularına vaxtı-vaxtında cavab vermək;
Qonaqların şikayətlərini həll etmək;
Qonaqların sorğularını və şikayətlərini həll etmək məqsədi ilə lazımi məlumatları toplamaq;
Sorğular və həlli tapılmayan məsələləri lazımi yerlərə yönəltmək;
Sorğular, rəylər və şikayətləri təfərrüatı ilə qeyd etmək;
Daxili şöbələrlə təmasda olmaq;
Avtomobil dayanacağının itmiş biletləri ilə bağlı məsələləri həll etmək;
Gündəlik hesabatları hazırlamaq (itmiş və tapılan əşyalar, işə icazə vərəqələri və s.).
Qeyd olunan meyarlara cavab verən namizədlərdən CV-lərini 20 aprel 2023-cü il saat 18.00-dək göndərmələri xahiş olunur.
Xüsusi tələblər
Yaxşı müştəri xidməti və təşkilatçılıq bacarıqları;
Qonaqlar ilə və müxtəlif kateqoriya işçilər ilə effektiv ünsiyyət qurmaq bacarığı;
Güclü iş etikası;
Azərbaycan, ingilis və rus dillərində səlis danışmaq;
MS Office proqramları ilə işləyə bilmək;
Eyni zamanda bir neçə iş ilə məşğul ola bilmə və güclü təşkilatçılıq bacarıqları;
Mükəmməl vaxtı idarəetmə bacarıqları və işdə prioritet düzgün müəyyən etmə bacarığı;
Detallara diqqət və problemləri həll etmək bacarığı;
Birbaşa nəzarət olmadan məsuliyyəti öz üzərinə götürərək inzibati işləri və gündəlik gündəlik məsələləri təkbaşına həll etmək bacarığı nümayiş etdirmək;
Həm böyük bir komandanın bir hissəsi kimi, eyni zamanda müstəqil işləmək bacarıqları;
İntizamlı olmaq: davranış qaydaları, geyim kodu və s. kimi şirkət tələblərinə yüksək səviyyədə uyğunluq göstərmək