Radio-baza və Transmissiya üzrə mühəndis

Bakı

Aztelekom
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Radio-baza və Transmissiya üzrə mühəndis fəaliyətini, “Simsiz Şəbəkə avadanlıqlarının konfigurasiyaları, istismarı və optimizasiyaları təlimatına”, eyni zamanda Azərbaycan Respublikasının Qanunvericiliyinə əsasən və yenilikləri nəzarə almaqla  aparır;
  • Yetkinlikləri və səlahiyyətləri çərçivəsində yeni qaydaların, prosseslərin, prosedurların, daxili normativ aktların tərtibatında iştirak edir;
  • Radio-baza stansiyalarında , simsiz texnologiya avadanlıqlarında yaranmış nasazlıqların operativ sürətdə aradan qaldırılmasını təmin edir;
  • Radio-baza stansiyalarında texniki-istismar prosesləri təmin edir;
  • Antena-fider sistemlərin quraşdırılmasına köməklik göstərir və  baza stansiya blokların yığılmasını təmin edir;
  • Radio-baza stansiyalarının cari və əsaslı təmirini aparır;
  • Xidmətlərin yaxşılaşdırılmasını, onun rəqabət qabiliyyətinin artırılmasını təmin edir;
  • Yeni avadanlığın quraşdırılmasında və vaxtında istismara verilməsində iştirak edir;
  • Sahədə rabitə vasitələrində ölçülərin aparılmasına və istismar proseslərinin modernləşməsinə köməklik göstərir;
  • Radio rabitə vasitələrinin və ölçü vasitələrinin texniki istismar qaydalarına riayət edilməsinə, elektrik avadanlığı, qoruyucu torpağabirləşmələrin mühafizəsinin yoxlanılmasını həyata keçirir;
  • Texniki istismar sənədlərinə, qayda və təlimatlara, aidiyyəti normativ sənədlərə uyğun olaraq radiorabitə, cihaz və avadanlığın, simsiz şəbəkəsinin stansiya qurğularının təmir olunmasını təmin edir;
  • Departamentin digər struktur  bölmələri ilə qarşılıqlı fəaliyyət göstərir;
  • İş yükü artiq olduğu zaman və bölmənin işinin keyfiyyətini artırmaq məqsədi ilə Departamentin digər struktur  bölmələrinin işinə dəstək olur;
  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Bakı şəhəri

Xüsusi tələblər

  • Ali  Təhsili;
  • Simsiz Şəbəkə sahəsi üzrə azı 1 il əmək stajı;
  • Sahəsinə aid olan sənədlərin tərtib etmə bacarığı;
  • Radio rabitəsi üzrə beynəlxalq norma və standartları, radio vasitələrinin texniki istismarı üzrə normativ sənədləri;
  • Təhkim olunmuş avadanlıqda texniki xidmətlərin göstərilməsi və təmir işlərinin aparılması qaydalarını;
  • Radio-baza stansiyalarının quruluşunu, texniki xarakteristikalarını, konstruktiv xüsusiyyətlərini, təyinatını və iş rejimlərini, təhkim olunmuş cihaz, avadanlıq, radio sistemlərinin prinsipial, montaj və funksional sxemlərini;
  • Radio-baza stansiyalarının dövri texniki xidmət və avadanlığın cari təmiri üzrə normativləri;
  • Radio-baza stansiyalarının nasazlıqların axtarılıb tapılması və aradan qaldırılması metod və üsullarını;
  • Antena-dirək və fider qurğuların müayinəsi qaydalarını;
  • Radiotezliklərin istifadə qaydasını, radioelektron vasitələrin və yüksəktezlikli qurğuların alınma və istismar qaydalarını;
  • Azərbaycan dilini mükəmməl bilməlidir (İngilis  və Rus dillərini arzuolunandır);
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri;
  • Kompyuter programlarını mükəmməl bilməlidir;
  • İşgüzar yazışma əsaslarını bilməlidir;
  • Peşəkar ünsiyyət bacarıqlarına malik olmalıdır.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız