Hüquqi təminat şöbəsinin mütəxəssisi (Komplayns/AML)

Bakı

PAŞA Həyat
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi barədə qanunvericiliyə əsasən müştərilərin eyniləşdirilməsinin aparılmasını təmin etmək;
  • Şübhəli əməliyyatların müəyyən edilməsi və müvafiq səlahiyyətli dövlət orqanına hesabatların verilməsini təmin etmək;
  • Risk kateqoriyaları üzrə müştərilərin və əməliyyatların bölgüsünü aparmaq və kateqoriyalar üzrə nəzarət tədbirlərinin həyata keçirilməsini təmin etmək;
  • Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi barədə qanunvericiliyə əsasən tələb olunan daxili normativ sənədlərin hazırlanmasını və vaxtaşırı yenilənməsini təmin etmək;
  • Daimi və vaxtaşırı monitorinqlərin həyata keçirilməsini təmin etmək;
  • Cəmiyyətin maraqların toqquşması ilə bağlı normativ sənədlərinin tələblərinə riayət edilməsinə nəzarət etmək;
  • Aidiyyəti şəxslərlə bağlı əməliyyatların qanunvericiliyə əsasən tənzimlənməsini izləmək;
  • FATCA/CRS üzrə tələblərə riayət edilməsinə nəzarət etmək və müvafiq hesabatların hazırlanıb səlahiyyətli orqana təqdim edilməsini təmin etmək.

Xüsusi tələblər

  • İş təcrübəsi: Komplayns sahəsi üzrə 1 il iş təcrübəsi tələb olunur.
  • Təhsili/ixtisası: İqtisadiyyat və idarəetmə, Hüquq, Riaziyyat və kibernetika, Maliyyə ixtisasları üzrə bakalavr dərəcəsi.
  • Dil bilikləri: İngilis dili: əla, Rus dili: əla, Azərbaycan dili: əla.
  • Üstünlüklər: Maliyyə sektoru, komplayns və AML üzrə təcrübənin olması. 
  • Kompüter bilikləri: MS Excel: əla, MS Word: əla, MS PowerPoint: əla, MS Outlook: əla.
  • Fərdi keyfiyyət tələbləri: Nəticəyə əsaslanma, müştəri yönümlülük, inam yaratma, komanda işi, əməkdaşlıq və keyfiyyət yönümlülük, məlumat əldəetmə. 


Telegram kanalımız