Müştərilərlə danışıqların aparılması və yeni müqavilələrin bağlanması;
Müştərilərin tələb və istəklərini nəzərə alaraq onlara köməklik göstərmək və onları maraqlandıran bütün suallarını geniş şəkildə cavablandırmaq;
Qonaqlar, müştərilərlə görüşlər keçirmək, təqdimat və təkliflər hazırlamaq;
Satış aksiyaları və kampaniyalar barədə müştəriləri məlumatlandırmaq;
Mövcud müştərilərlə işlərin planlaşdırılması - alqı-satqı əməliyyatlarının aparılması, şirkət adından müqavilələrin bağlanması;
Müəyyən edilmiş satış hədəflərini razılaşdırılmış müddətlərdə qarşılamaq;
Müştəri problemlərini həll etmək və onların ehtiyaclarını ödəmək üçün səy göstərmək və digər şöbələrlə sıx əməkdaşlıq etmək;
Müştəri ehtiyacları, problemləri, maraqları, yeni xidmətlər/məhsullar barədə təkliflər haqqında birbaşa rəhbərə hesabat təqdim etmək;
Uyğun görüldüyü təqdirdə marketinq komandası ilə daşınmaz əmlakla bağlı konfranslarda, tədbirlərdə və s. iştirak etmək;
Müştərilərin məmnunluğunun təmin edilməsi üçün onlarla satış sonrası əlaqələri saxlamaq;
Gündəlik, aylıq, illik hesabatları rəhbərliyə təqdim etmək.
Müştərilərə şirkətin bundan öncəki, hazırda və gələcəkdə inşa ediləcək layihələr barəsində ətraflı məlumatın verilməsi.
Müştərilərə təklif olunan yaşayış və qeyri-yaşayış sahələrinin planı,keyfiyyəti və digər fərqləndirici xüsusiyyətləri haqqında və şirkətin göstərdiyi xidmətlər haqqında dolğun, düzgün informasiyanın verilməsi.
Xüsusi tələblər
Daşınmaz əmlak satışı sahəsində minimum 2 il iş təcrübəsi;
Ali təhsil (Satış, marketinq və ya oxşar ixtisaslar üzrə);
Dil bilikləri: Azərbaycan dili (sərbəst), Rus dili (sərbəst), İngilis dili (arzuolunandır);
MS Office proqramlarını ( Word, Excel, Outlook) və ofis avadanlıqlarından istifadəni bilməli;
Ünsiyyətcil, məsuliyyətli və komandada işləmək bacarığı;
Biznes etikası və biznes görünüşə sahib olmalı;
Müştərilərlə sıx və yüksək səviyyəli münasibət qurmaq qabiliyyəti;
Analitik düşünmə qabiliyyəti;
Yeni bilik və bacarıqları özündə inkişaf etdirməyə həvəsli olmalı.