Satınalma sifarişlərinin idarə edilməsinin həyata keçirilməsi (sifariş analizi, yerləşdirmə, nəzarətdə saxlama, hesabat hazırlama və sifarişin bağlanması);
Bazarın təhlili, tələb olunan malların daxili və xarici bazarda araşdırılması;
Satınalmanın daxili prosedura uyğun təşkili, son istifadəçidən gələn sorğular əsasında müvafiq kateqoriyaya uyğun mal-materialların şirkətin və qrupun qaydalarına uyğun şəkildə vaxtında və sərfəli satın alınması;
Təkliflər sorğusu (RFP) və məlumat sorğusunun (RFI) hazırlanaraq təchizatçılara göndərilməsi, təkliflərin alınması, təchizatçılarla müvafiq dəqiqləşdirmə və danışıqların aparılması, tələb olunarsa daxili müştərilərin də iştirakı ilə onlarla görüşlərin keçirilməsi;
Tender komissiyasının işinin təşkil edilməsi, tender sənədlər paketinin hazırlanması, tender prosesinin təşkil edilməsi;
Xarici satınalmaların təşkili və yerinə yetirilməsi;
Satınalma və tender prosessi ilə bağlı bütün sənədləşmələrin aparılması və müvafiq reyestrin hazırlanması;
Maya dəyərinin azaldılması və ən uyğun seçimin edilməsi;
Alınacaq məhsulun vaxtında, uyğun keyfiyyətdə və dəyərdə olmasına nəzarət edilməsi;
Sifariş olunan avadanlıqların daşınması üçün optimal nəqliyyat şirkətinin seçilməsi;
Satınalma zamanı yarana biləcək risklərin öncədən dəyərləndirilməsi;
Müqavilələrin düzgün və cəmiyyətin təchizat siyasətinə uyğun olaraq bağlanılması;
Hesabatların hazırlanması və təqdim edilməsi.
Əmək haqqı: Namizədin təcrübəsinə əsasən razılaşdırma yolu ilə
İş rejimi: 5 gün (həftəiçi)
Servis: Təmin edilir
Nahar: Təmin edilir
Xüsusi tələblər
Təhsil səviyyəsi: Ali təhsil (İqtisadiyyat, idarəetmə, maliyyə və ya biznesin idarəedilməsi)
İş təcrübəsi: Satınalma sahəsində ən azı 3 il iş təcrübəsi (Kənd təsərrüfatı sektorunda təcrübənin olması üstünlükdür)
Ezamiyyət: 100% ezamiyyət tələbi
Dil bilikləri: Azərbaycan (əla), İngilis dili (əla), Rus dili (əla)
Kompüter bilikləri: MS Office proqramları üzrə biliklər
Digər: CIPS və ya təchizat zəncirinin idarə olunması sahəsində beynəlxalq sertifikatın olması üstünlükdür;