Şirkət tərəfindən həyata keçirilən bütün maliyyə-təsərrüfat əməliyyatlarının mühasibat uçotunda düzgün əks edilməsinə , mühasibat- maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsinə köməklik edilməsi;
Daxil olan və çıxan pul vəsaitinin uçotunun, mühasibat uçotu hesabatlarında onların hərəkətinin, istehsal dövriyyəsinin və xərclərin , məhsulun satışının, iş və xidmətlərin yerinə yetirilməsinin, maliyyə, hesabat və kredit əməliyyatlarının uçotunun təşkilinə köməklik göstərilməsi və eyni zamamanda nəzarət edilməsi
Məhsulun, iş və xidmətlərin maya dəyəri hesabatının iqtisadi cəhətdən əsaslandırılmış tərtibinə, əmək haqqının ödənilməsi hesablarının , dövlət büdcəsinə məcburi ödəmələrin, dövlət sosial-sığorta fonduna ayırmaların və digər ayırmaların tərtibinə köməklik edilməsi və eyni zamanda nəzarətin aparılması;
Xüsusi tələblər
Maliyyə, Mühasibat uçotu və audit üzrə ali təhsil ( Magistratura təhsilinin olması üstünlükdür)
Satış və mühasibatlıq üzrə minimal 3-5 il təcrübənin olması ;
Azərbaycan dili mükəmməl, İngilis dilini yaxşı səviyyədə bilməli;
Microsoft Office proqramlarını yüksək səviyyədə bilməli
1C ERP və 8.3 yüksək səviyyədə bilməli
Vergi məcəlləsi, mühasibatlıqla bağlı yerli qanunvericilik üzrə geniş biliklər
ACCA FA sertifikatı və peşəkar mühasib sertifikatının olması əlavə üstünlükdür.
Analitik düşüncə və təhlil bacarığı, peşəsinə yüksək motivasiya ilə yanaşma, səbrli, məsuliyyətli və gərgin iş rejimində çalışma qabiliyyəti