Gəncə Yanacaq-sürtkü materialları idarəsinin xüsusi avtonəqliyyat üzrə mexaniki

Gəncə

Azərbaycan Hava Yolları
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Xüsusi avtomobillərin texniki vəziyyəti və xarici görünüşünə nəzarət etməli; 
  • Xüsusi avtomaşınları xəttə buraxmazdan əvvəl «Xüsusi avtomaşınlar və onların avadanlıqlarının texniki sazlığının yoxlanılmasının nümunəvi kartasına» müvafıq olaraq onların texniki vəziyyətini yoxlamalı və avtomaşınların nasazlığı haqqında yol vərəqəsi və formulyarlarda müvafiq qeydlər etməli;
  • Xəttdə işləyən sürücülərə texniki yardım göstərmək məqsədilə tədbirlər görməli, lazım gəldikdə xəttə şəxsən çıxmalı;
  • Xüsusi avtomaşınların istismarı və təmiri zamanı əməyin təhlükəsizliyi tələblərinə sürücü heyətinin riayət etməsinə ciddi nəzarət etməli;
  • Sürücü heyətini xəttə çıxan zaman təlimatlandırmalı, xəttə çıxan və xətdən qayıdan zaman xüsusi avtomaşınların baklarında YSM qalığını, spidometri və motosaat sayğaclarının göstəricilərini şəxsən yoxlamalıdır.
  • Bazar ertəsi-Cümə günü: 09:00-18:00                  

  • Əmək haqqı: Ştat cədvəlinə uyğun olaraq

Xüsusi tələblər

  • Təhsil: Ali texniki təhsil.
  • Dil bilikləri: azərbaycan dili-əla, ingilis dili-yaxşı.
  • B,C,E kateqoriyası üzrə sürücülük vəsiqəsi;
  • Yol hərəkət qaydaları üzrə biliklər. 
  • Komandada işləmək;
  • Öz fikirlərini sərbəst ifadə etmək;
  • Yaranan şəraitdə tez reaksiya göstərmək.
  • Gəncə şəhərində və yaxın ərazilərdə yaşayanlara;
  • Anoloji vəzifədə iş təcrübəsi olanlara;

Telegram kanalımız