İnvestisiya və təhlil şöbəsinin mütəxəssisi

Bakı

Qarabağ Dirçəliş Fondu
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Fondun daxili tələblərinə uyğun olaraq aralıq və illik idarəetmə hesabatlarını tərtibində iştirak etmək;
  • Debitor və Kreditor borclarına nəzarət etmək;
  • Fondun vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsində iştirak etmək;
  • Fondun maliyyə və digər aktivlərinin səmərəli idarə edilməsində iştirak etmək;
  • Maliyyə hesabatlarının təhlilində iştirak etmək;
  • Fondun maliyyə hesabatlarının hazırlanmasında iştirak etmək;
  • İllik gəlir və xərclər smetasının hazırlanmasında iştirak etmək;
  • Kapital və maliyyə bazarlarında təhlillər aparmaq;
  • Maliyyə risklərinin müəyyən edilməsi və investisiya gəlirlərinin optimallaşdırılmasında iştirak etmək.

Xüsusi tələblər

  • Maliyyə, mühasibatlıq və ya iqtisadiyyat sahəsi üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır).
  • CFA və ya ACCA sertifikatı olan namizədlərə üstünlük verilir.
  • Maliyyə və mühasibatlıq sahəsində ən azı 2 il iş təcrübəsi.
  • Maliyyə Hesabatlarının Beynəlxalq Standardlarını bilməli;
  • Sahə üzrə qanunvericiliyin tələblərini bilməli;
  • Kapital bazarı və maliyyə alətləri (xüsusilə qiymətli kağızlar) sahəsində biliklərə sahib olmalı;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili və proqnozlaşdırılması üzrə biliklərə sahib olmaqla, təfərrüata və dəqiqliyə malik olmalı;
  • Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı olmalı (rus və ingilis dili biliyi arzuolunandır);
  • MS Office proqramları (xüsusilə Excel) ilə yüksək səviyyədə işləmək bacarığı olmalı.
  • 1C mühasibatlıq proqramında yüksək səviyyədə işləmək bacarığı olmalı;
  • Analitik bacarıqlara sahib olmalı;
  • Daxili və xarici maraqlı tərəflərlə (steykholderlər) əlaqələrin qurulması, ünsiyyət və kommunikasiya bacarığı olmalı;
  • Stressə davamlı olmalı, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız