Böyük geoloq

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qazın vurulması, götürülməsi üzrə cari və perspektiv planların tərtibatında iştirak etmək;
  • Dövri olaraq yataqların işlənməsi vəziyyətinə nəzarət etmək;
  • Yataqların struktur formasına uyğun olaraq quyuların açılmasına nəzarət etmək;
  • Qazın vurulmasi və götürülməsini artırmaq üçün keçirilən geoloji-texnik tədbirlərdə işçilərin təhlükəsizliyinə, qəzaların baş verməməsinə nəzarət etmək;
  • Qəzaların, quyu lüləsində mürəkkəbləşmələrin, qaz, su təzahürlərinin, açıq qaz fontanının qarşısını alan tədbirləri hazırlamaq və həyata keçirmək;
  • Qazmada olan quyularda qazma prosesi haqqında məlumatları (inklinometriya göstəriciləri, gilli məhlul parametrləri və s.), perforasiya
  • işləri, perforator və partlayıcı maddələrin miqdarı haqqında məlumatları
  • yoxlamaq;
  • Quyuların qazılması zamanı qaz karotaj, geoloji-texnoloji nəzarət işlərini və hesabatlarını, qazma işləri haqqında hesabatları yoxlamaq;
  • Müvafiq müəssisədən daxil olan kəşfiyyat-geofiziki, mühəndis-geoloji, geoloji-geofiziki, elmi-tətqiqat və tematik işlər barədə keçid hesabatlarını, analiz edilmiş süxur nümunələrinin (kern, şlam və s.) hesabatlarını yoxlamaq;
  • YQA-da quyularının geoloji səbəbdən ləğv edilməsi və konservasiyası sənədlərini, quyuların izolə-ləğv və sınaq-mənimsəmə üzrə iş planlarını, QAİİ tərəfindən quyular üzrə hazırlanmış protokolları və müvafiq aktları (inşa, sınaq-mənimsəmə, qaytarma, sement körpüsünün qoyulması və s.) yoxlamaq;
  • İzobar xəritələrini qurmaq;
  • Layda kontur sularının hərəkətinə, qazgötürmə prosesinə nəzarət etmək;
  • Vəzifə öhdəlikləri (funksiyalar)
  • Quyu rejimlərini, perforasiya intervallarını seçmək;
  • Gündəlik təzyiqlər, mədən tədqiqat işləri haqqında, QƏYTS-nin gördüyü işlər haqqında, aparılmış perforasiya haqqında məlumatları quyu pasportlarına və jurnallarına köçürmək;
  • Ay ərzində quyunun işlədilmə müddəti və sərfi haqqında məumatları işləmək;
  • Yeni istismar-basqı quyularının qazılması üçün yeni nöqtələrin seçilməsi və onların layihə təyinatlarının baxılmasında iştirak etmək;
  • Mədən-geofiziki işlərə (perforasiya, ölçmə işlərin aparılmasına və s.), quyuların sınağı və mənimsənilməsi işlərinə, quyunun ləğv və konservasiya qoyulması prosesinə, müqavilə bağlanan şirkətlərin süxur nümunələrinin götürülməsinə nəzarət etmək;
  • Geoloji materialların təhvil-təslim işlərində iştirak etmək;
  • Yerinə yetirilən geofiziki-tədqiqat işlərinin (seymsik, qraki - kəşfiyyat və s) icrasını yoxlamaq;
  • İstismar-basqı quyularında mədən-geofizika tədqiqatı və partlayış-atma işləri apararılarkən fontan təhlükəsizliyi üzrə keçirilən tədbirlərə nəzarət etmək;
  • Mədən geofizikası tədqiqatı partlayış - atma işləri aparılarkən təhlükəsizlik texnikasına riayət olunmasına nəzarət etmək;
  • Rəhbərlik tərəfindən verilən tapşırıqların vaxtında icra etmək;
  • Struktur bölmə üzrə əməyin mühafizəsi, istehsalat sanitariyası və texniki təhlükəsizliyin tələblərinə, həmçinin ətraf mühitin mühafizəsi üzrə tədbirlərin yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət etmək. 


Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 2 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 2 il iş təcrübəsi nəzərdə tutulur.
  • Şifahi özünüifadə
  • Təqdimetmə
  • Yazılı özünüifadə
  • Məsuliyyət
  • Nizam-intizam
  • Detallara diqqət
  • İşi təqib etmə
  • Dürüstlük
  • Etik davranış
  • Səriştəlik və digər tələblər
  • Peşəkarlıq
  • Dərketmə
  • Mühakimə
  • Problem analiz etmə
  • Yaradıcılıq
  • Microsoft Excel
  • Microsoft Word
  • Fəaliyyəti tənz. daxili normativ sənəd.
  • Hidrodinamiki və mədən-geofiziki işlər
  • Neftin, qazın və suyun fiziki-kim. anal.
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Microsoft Outlook
  • Sanitariya-gigiyena
  • Əməyin təhlükəsizliyi
  • Neft və qaz olan rayon və yatağın geologiyasını;
  • Quyuların mövcud mədən və geofiziki tədqiqat metodlarını;
  • Quyuların qazılması və istismarı üsullarını və tətbiq olunan avadanlıqların xarakteristikalarını;
  • Quyuların qazılması, cari və əsaslı təmiri texnologiyasının əsaslarını;
  • Qrafiki, geoloji sənədlərin quruluşunu, karotaj materiallarının işlənməsi prinsip və metodlarını;
  • Geoloji materialların uçotunu və saxlanma qaydalarını;
  • Hidrodinamiki və mədən-geofiziki işlərini;
  • Neft və qaz yataqlarının uçotu və qiymətləndirilməsini;
  • Lay təzyiqinin saxlanılmasını;
  • Yataqlardan hasil olunan neftin, qazın və suyun qeydiyyatının aparılmasını;
  • İstismar quyularının qazılması üçün məlumatların verilməsi və qazılmasına nəzarəti;
  • Lay sularının utilizasiyasını;
  • Neftin, qazın və suyun fiziki-kimyəvi analizi
  • Struktur xəritə-profillər, izobar və izotermik xəritələrin qurulmasını;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və
  • normalarını;
  • Ətraf mühitin mühafizəsi üzrə qanunvericiliyin əsaslarını.

Telegram kanalımız