Avtomobil sürücüsü (Samux rayonu)

Samux

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

  • Əmək haqqı: Razılaşma yolu ilə
  • Məşğuliyyət: Tam iş günü

Vakansiyanın təsviri

  • Yükgötürmə qabiliyyəti 3 tona qədər yük avtomobillərinin idarə olunması:
  • Özüboşaldan, qaldırıcı mexanizmlərin, avtoçənlərin nasos qurğusunun, refrijiratorun soyuducu qurğusunun, süpürüb yığışdıran mexanizmlərin və başqa ixtisaslaşdırılmış və xüsusi avtomobillərin avadanlığının texniki təhlükəsizliyə riayət etməklə idarə olunması;
  • Avtomobilin yanacaqla, sürtgü materialları və soyuducu mayelərlə doldurulması;
  • Avtomobilin texniki vəziyyətinin yoxlanılması və xəttə çıxmazdan qabaq qəbulu, qaraja qayıtdıqdan sonra avtomobilin təhvil verilməsi və ona ayrılmış yerə qoyulması;
  • Avtomobilin yükləmə zamanı yük altına verilməsi, yüklərin yüklənib
  • boşaldılmasına, yükün yerləşdirilib kuzovda bağlanmasına nəzarət edilməsi;
  • İş zamanı xətdə qarşıya çıxan və mexanizmin sökülməsini tələb etməyən xırda nasazlıqların aradan qaldırılması;
  • Verilən tapşırığın yerinə yetirilməsi, yol sənədlərinin rəsmiləşdirilməsi;
  • Hərəkətin təhlükəsizliyi, sağlamlıq, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qaydalarına riayət edilməsi;
  • İş yerinin təmiz və saz vəziyyətdə saxlanması, maddi qiymətlilərin və sənədlərin müəyyən olunmuş qaydada qorunub saxlanmasının təmin edilməsi;
  • Öz iş yerini icazəsiz tərk etmir, təhlükəli yerlərə getmir;
  • Rəhbərliyin göstərişlərini vaxtında və keyfiyyətlə yerinə yetirilməsini təmin edir.

Xüsusi tələblər

  • Natamam orta təhsil
  • Sertifikat tələbləri 4 Sertifikat Sürücülük vəsiqəsi
  • "BC" kateqoriyalı sürücülük vəsiqəsi tələb olunur.
  • Məsuliyyət
  • Nizam-intizam
  • Dürüstlük
  • Etik davranış
  • Şifahi özünüifadə
  • Xidmət edilən avtomobilin təyinatı, quruluşu, işləmə prinsipini;
  • Avtomobillərin yol hərəkəti və texniki istismarı qaydalarını, hərəkətin təhlükəsizliyinin əsaslarını;
  • Avtomobilin istismarı prosesində üzə çıxan nasazlıqların əlamətlərini, səbəblərini və təhlükəli nəticələrini, onların aşkar edilib düzəldilməsi üsullarını;
  • Texniki xidmətin aparılması qaydası və avtomobillərin qarajda, açıq dayanacaqlarda mühafizəsi qaydalarını;
  • Akkumulyator batareyalarının və avtoşinlərin istismar qaydasını;
  • Təzə və əsaslı təmirdən çıxmış avtomobillərin sürülüb yoxlanmasını, tez korlanan və təhlükəli yüklərin daşınması qaydalarını;
  • Avtomobili sürdükdə onun təhlükəsizliyinə təsir edən hava şəraitini, yol-nəqliyyat hadisələrinin qarşısının alınması yollarını;
  • Avtomobillərin işinin uçotu üzrə ilk sənədlərin doldurulması qaydasını;
  • Xilasedici vasitələrdən, ilkin yanğın söndürücü vasitələrdən istifadə qaydalarını;
  • Bədbəxt hadisələr zamanı zərərçəkənə ilk tibbi yardım göstərilməsi qaydalarını.

Telegram kanalımız