Apteklər üzrə koordinator

Bakı

Zeytun Pharmaceuticals
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Apteklərə dərman sifarişlərinin verilməsinə nəzarət etmək
  • Apteklərdə olan dərman vasitələrinin çeşidlərinin tamlığına nəzarət etmək
  • Aptekdə olan dərman preparatlarının son istifadə tarixinə gündəlik nəzarət etmək
  • Apteklərdə dərman preparatlarının saylarına nəzarət və artıq yüklənmələri tənzimləmək
  • Dərman preparatlarının tələbə uyğun olaraq apteklər arasında yerdəyişməsini təmin etmək və baza sistemində yerləşdirmək
  • Apteklərə tələb olunan vakant yerlərə namizədlərin bilik səviyyəsini yoxlamaq
  • Rəqib aptek şəbəkələrində dərman vasitələrinin çeşidlərinə dair bazar araşdırılması etmək
  • Apteklərin satış dövriyyəsinin artırılmasına dair uyğun təkliflərin hazırlanması və əsaslandırılmış formada layihə rəhbərinə təqdim olunmasını təmin etmək
  • Satınalma menecerləri ilə əlaqəli şəkildə dərman vasitələrinin şirkətin tələblərinə uyğun olaraq vaxtında təhvil verilməsinə nəzarət etmək
  • Apteklərin sığorta şirkətləri ilə işinə nəzarət etmək
  • Apteklərdə satılan dərman vasitələrinin bilavasitə sığorta tələbinə uyğun olmasına nəzarət etmək
  • Satılan dərman vasitələrinin aptek daxilində hesabatlarını aparmaq
  • Apteklərdə işçilər tərəfindən sığortaya səhvən satılmış dərman vasitələrinin araşdırılması, işçilərə açıqlamaların verilməsi və tutulmaların aparılmasını təmin etmək
  • Sığorta hesabatlarının müvafiq sığorta şirkətləri ilə üzləşməsi və hesabatlarının layihə rəhbərinə təqdim olunmasını təmin etməkİş şəraiti: İş yeri: BEGOC Biznes Mərkəzi (Ünvan: Zərifə Əliyeva küç., 93)
  • 5/7 iş qrafiki, iş vaxtı: 09:00-dan - 18:00-dək
  • Tibbi siğorta
  • Nahar şirkət tərəfindən təmin olunur
  • Əmək haqqı: 1000-1500AZN

Xüsusi tələblər

  • Ali tibb təhsili
  • Aptek və dərman sahəsi üzrə minimum 5 il iş təcrübəsi
  • Azərbaycan və rus dilləri üzrə sərbəst biliklər
  • Kompüter bilikləri (Excel üzrə mükəmməl biliklər)
  • 1C proqramı ilə sərbəst işləmə bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız