Baş mühasib

Bakı

Melissa Group
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mövcud qanunvericiliyə uyğun olaraq müəssisənin rəsmi maliyyə nəticələrinin dəqiq uçotunu təşkil etmək;
  • Dövlət büdcəsinə ödənilşlərin düzgün hesablanılması və vaxtında köçürülməsi, Vergilər üzrə hesabatların tərtib/təqdim edilməsi, Dövlət Sosial Müdafiə Fonduna hesabatların təqdim edilməsi və sosial ayırmaların hesablanmasını təmin etmək;
  •  Mühasibat uçotunun aparılması qaydalarını rəhbər tutaraq rəsmi mühasibat uçotunun aparılmasını təşkil etmək;
  • Rəsmi daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
  • Mühasibat sənədlərinin saxlanılması, qorunması və müəyyən olunmuş müddətlərdə arxivə təhvil verilməsini təşkil etmək;
  • İlkin sənədlər və mühasibat yazılışları əsasında vergi və mühasibat hesabatlarının tərtib olunması və qanunvericilikdə müəyyən edilmiş müddət ərzində müvafiq orqanlara göndərilməsini həyata keçirmək;
  • Əməkhaqqı fondunun xərclənməsinə ştat cədvəlinə uyğun olaraq nəzarət etmək;
  • İş vaxtı və iş qrafiki: 5 günlük iş həftəsinə uyğun olaraq, 40 saatdan çox olmayaraq.

Xüsusi tələblər

  • Dil bilikləri: Azərbaycan dili (əla), rus dili və ingilis dili bilən namizədlərə üstünlük veriləcək
  • Ali iqtisadi təhsil;
  • PMS sertifikatı;
  • Baş mühasib kimi istehsalat, xidmət və satış sektorunda 3 il iş təcrübəsi;
  • Aparıcı mütəxəssis kimi tikinti sektorunda 1 il iş təcrübəsi olanlra üstünlük veriləcəkdir.
  • Mühasibatlıqla bağlı yerli qanunvericiliyi bilməli;
  • Rəsmi hesabatların hazırlanması və təqdim olunması proseduralarını bilməli;
  • Elektron hökümət portalı ilə işləyə bilmə qabiliyyəti;
  • MS Office proqramlarını bilməli (mükəmməl Excel bilikləri) ;
  • 1C 8.2 və 8.3 rəsmi mühasibatlığın işlənməsi
  • Ünsiyyət qurmaq və danışıqlar aparmaq bacarığı.
  • Fərdi və kollektivdə işləmə qabiliyyəti
  • Gərgin mühit və qrafikdə səmərəli işləmə bacarığı
  • Əmək haqqı: Müsahibə əsasında əmək bazarına uyğun olaraq müəyyən ediləcəkdir.
  • Cinsi : Kişi
  • Yaş : 25-35

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız