Rəqəmsal reklam satışı mütəxəssisi

Bakı

Smartbee
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Digital media satışı sahəsində komandamız üçün “arı” axtarırıq
  • Yeni müştərilərin tapılması və onların reklam platformasına cəlb olunması
  • B2B satışlar həyata keçirmək
  • Reklam platformasının imkanları, üstünlükləri haqda müştərilərə təqdimatlar göstərmək
  • Reklam müqaviləsinin vaxtında müştəriyə təqdim edilməsi, reklam təklifinin detalları və şərtləri barədə ətraflı təlimatlandırılması
  • Yerli müştərilərlə canlı və onlayn görüşlərin keçirilməsi
  • Müştərilər üçün prezentasiyaların, keçirilmiş kampaniyaların hesabatlarının hazırlanması
  • Media planların tərtibi və icrası
  • Həftədə 5 gün, saat 10:00-dan - 18:00-dək
  • Hibrid şəkildə (həm evdən, həm ofisdən) işləmək imkanı
  • Şəhərin çox əlverişli yerində, İçərişəhər/Sahil metrosuna yaxınlıqda iş yeri
  • Gülərüz, mehriban və texnarlardan ibarət kollektiv
  • Əmək haqqı: sabit 800 AZN+gətirilən reklamların faizinə əsasən bonus
  • İşçinin bilik və bacarığından asılı olaraq maaş dəyişə bilər
  • Yaxşı iş performansı olduqda yarımillik və illik mükafatlar verilir

              Xüsusi tələblər

              • Marketinq və reklam dünyası haqqında bilikli olmaq
              • Yerli saytlarda banner-reklamı yerləşdirmək, Google Ads, Facebook ads, veb-analitika kimi sahələrdən xəbərdar olmaq
              • Həm yazılı, həm də şifahi əla ünsiyyət qurmaq qabiliyyəti
              • Azərbaycan dilini əla səviyyədə bilmək. Rus dilini yaxşı bilmək əlavə üstünlükdür
              • Google Analytics, müasir veb-texnologiyalar, SMM, yerli reklam bazarının trendləri barədə məlumatlı olmaq
              • Riyaziyyatı və məntiqi yaxşı bilmək

              Müraciət etmək üçün: hr@smartbee.az
              Telegram kanalımız