1C programında işçilərin aylıq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanması;
Məzuniyyət haqları, xəstəlik vərəqələri üzrə ödəmələri, mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişinin həyata keçirilməsi;
Təhtəl-hesab şəxslərlə hesablaşmalar, ezamiyyə haqlarının yoxlanması, hesablanması və ödənişə təqdim edilməsi;
Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatları hazırlanması və sualların cavablandırılması;
Təchizatçılarla bank əməliyyatlarına nəzarət: hesab-fakturaların qəbuluna və izlənməsinə, aylıq bank tutuşdurmalarına, əməliyyatlatın 1C mühasibat proqramına daxil edilməsinə nəzarət.
Təchizatçılarla üzləşmə prosedurlarının həyata keçirilməsi.
Korporativ müştərilərlə üzləşmə aktlarını vaxtında hazırlanması və təsdiq edilməsi.
Müştəri ödənişlərinə və müştərilərlə digər əməliyyatlara nəzarət etmək, gündəlik/həftəlik hesabatların hazırlanması.
Pərakəndə müştərilərlə iş zamanı mühasiblərə dəstəyin göstərilməsi.
Mühasibat uçotu sistemində əsas vəsaitlərin və mal-materialların mədaxili və məxaricinin qeydiyyatının aparılması, əsas vəsaitlər üzrə reyestrin aparılması
Müəssisənin mühasibat uçotu siyasətinə uyğun olaraq əsas vəsaitlərin köhnəlməsinin hesablanması və yığılmış köhnəlmənin detallı qeydiyyatının aparılması.
Yerli Dövlət qurumlarına Hesabatlar və Ödənişlər
Vergi, Sosial Müdafiə Fondu, Statistika və digər nəzarət orqanlarına aylıq, rüblük, illik hesabatlar və bəyannamələrin hazırlanmasının təmin edilməsi;
Vergi və digər məcburi ödənişlərin düzgün hesablanmasını və vaxtında müvafiq dövlət icra strukturlarına köçürülməsinin təmin edilməsi;
Əsas mühasibat kitablarında müvafiq daxilolmaları həyata keçirmək üçün mühasibat sənədlərini tərtib və təhlil etmək.
Hesab kitabına müvafiq daxilolmaları hazırlamaq, bank, nağd, xərc və vergi hesablarını tutuşdurmaq və tənzimləmək.
Mühasibat qeydlərinin sistemə səliqə və dürüst formada daxil olunmasını nəzərdən keçirmək və nəzarətdə saxlamaq.
Aylıq yekunlar və aylıq maliyyə hesabatlarını tərtib etməkdə köməklik göstərmək.
Rəhbərlik tərəfindən mühasibatlığa dair verilən digər tapşırıqları icra etmək
Xüsusi tələblər
Təhsil: Maliyyə, mühasibatlılıq, iqtisadiyyat, biznesin idarə edilməsi, riyaziyyat ixtisaslı ali təhsil;
Dil bilikləri: Azərbaycan dili - səlis; ingilis və rus dillərində biliklər arzuolunandır;
İT bilikləri: MS Office proqramlarını, xüsusilə MS Excel proqramının yüksək səviyyədə biliyi, 1C 8.3 proqramını yüksək səviyyədə biliyi;
İş təcrübəsi: Müvafiq sahədə ən azı 3 il təcrübə;
Vəzifə ilə bağlı digər biliklər: DVX, DSMF, Bakı Şəhər statistika İdarəsinə hesabatların təqdim olunma qaydalarının biliyi.
Digər: Komandada işləmək bacarığı, məsuliyyətli, dəqiq, çevik, işində səliqəli, səbirli və empatik münasibət qurma bacarığı, analitik dərrakə, mühasibat əməliyyatlarının səbəb və nəticələrini analiz etmək qabiliyyəti, mühasibatlığın bütün məntiqini yaxşı dərk etmək.