Sistem Administratoru

Bakı

AzerFloat QSC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Serverlərin əməliyyat sistemlərinin fəaliyyətinə nəzarət edilməsi, proqram təminatı ilə bağlı yenilənmələrinin həyata keçirilməsi;
  • Verilənlər bazası serverlərinin işinə nəzarət edilməsi;
  • MS Windows və digər server sistemlərinin quraşdırılması, texniki dəstəyin göstərilməsi;
  • Server avadanlıqlarına texniki baxışın keçirilməsi;
  • Firewall və VPN serverlərin işinə nəzarət edilməsi;
  • Şəbəkə qurğularının və əməliyyat sistemlərinin konfiqurasiyasındakı xətaların düzəldilməsi üzrə işlərin aparılması və aradan qaldırılması;
  • Server və server əməliyyat sistemlərinin parametrlərində dəyişikliklərin planlaşdırılması; Serverlərə profilaktik texniki xidmətin həyata keçirilməsi;
  • Tənzimlənən parametrlərin sənədləşdirilməsi;
  • Şəbəkə cihazlarının (switch, router,) quraşdırılması, qoşulması, işləmə qabiliyyətinin yoxlanılması və işlək vəziyyətdə olmasının təmin edilməsi;
  • Şəbəkələrin (LAN, WAN), o cümlədən simsiz şəbəkənin (Wi-Fi) və digər cihazların  yerləşdirilməsinin həyata keçirilməsi;
  • Daxili intranet (daxili informasiya resursları) sisteminin işləməsinə nəzarət və dayanıqlı işləməsinin təmin edilməsi;
  • Planlaşdırılmış (profilaktik) texniki qulluq işlərinin həyata keçirilməsi;
  • Şəbəkə cihazlarının əməliyyat sistemləri üzrə ehtiyatların (rezervlərin) yaradılması;

Xüsusi tələblər

  • LAN/WAN, VPN texnologiyaları üzrə mükəmməl biliklər; (CCNA sertifikatının olması arzuolunandır);
  • SAN arxitekturası haqqında biliklər və “storage” qurğularının idarə olunması haqqında biliklər və təcrübə;
  • TCP/IP və OSI modeli haqqında dərin biliklər;
  • MS Windows Server ƏS, ADDS, DNS, DHCP, GPO və s. funksionallıqları haqqında biliklər; (MCP, MSİTP , MCSA sertifikatlarının olması arzuolunandır);
  • Mail Serverin işləmə prinsipləri və idarəetmə təcrübəsi;
  • Virtuallaşma sistemləri (Vmware) üzrə biliklər və idarəetmə təcrübəsi;
  • Veeam B&R yedəklənmə sistemləri üzrə işləmə bacarığı;
  • Firewall sistemləri haqqında biliklər və idarəetmə bacarığı (FortiGate ,Cisco ASA )
  • IT Administrator sahəsi üzrə ən azı 3 il iş təcrübəsi tələb olunur;
  • Uyğun ixtisas üzrə bakalavr dərəcəsi;
  • Azərbaycan dili əla; İngilis dili orta;
  • Məsuliyyət və dəqiqlik;
  • Analiz etmə və operativ qərar vermə qabiliyyəti;
  • Detallara fikir vermə bacarığı

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız