Tikinti-quraşdırma işləri ilə əlaqədar planın tutulması, işlərin istehsalat planına və normativ sənədlərə uyğun həyata keçirilməsinə nail olmaq;
Tikinti işlərinin aparılmasında texnoloji ardıcıllığa riayət olunmasına və tikinti işlərinin müvafiq keyfiyyətinin təmin olunmasına nəzarət etmək;
Obyektlərin müəyyən edilmiş vaxtda istismara verilməsi üzrə tapşırıqların, eləcədə tikinti-quraşdırma və buraxılış-sazlama işlərinin bütün kəmiyyət və keyfiyyət göstəriciləri üzrə yerinə yetirilməsini təmin etmək;
Tikinti-quraşdırma işlərinin icrasını layihə sənədlərinə, tikinti norma və qaydalarına, texnik şərtlərə, texnoloji xəritələr, əmək proseslərinin xəritələrinə və digər normativ sənədlərə uyğun təşkil etmək;
Tikinti obyektləri üçün texniki sənədin alınmasını və saxlanmasını təmin etmək;
İşlərin layihəyə uyğun yerinə yetirilməsini təmin etmək;
İşlərin icrası üzrə jurnal və yerinə yetirilmiş işlərin uçotu üzrə sənədləri hazırlamaq;
Smeta sənədlərini hazırlanması üçün ümumi tikinti işlərinin həcmini təhlil etmək və və hesablamaq;
Təyin edilmiş obyektdə (ərazidə) tikinti-quraşdırma işləri planının işçi çertyojlara, işlərin aparılması layihəsinə, istehsalat planına və normativ sənədlərə uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
Xüsusi tələblər
Ali təhsilli (inşaat mühəndisi);
Tikinti materiallarının növləri və xüsusiyyətlərini bilməli;
Tikinti texnologiyasını, tikinti norma və qaydalarını, material sərfi normalarını bilməli;
Smeta sənədlərinin hazırlanması üçün normativ sənədləri və digər metodiki göstərişləri bilməli;
Layihələri oxumağı və təhlil etməyi bilməli;
Azərbaycan və rus dillərini bilməli (ingilis dilini bilənlərə üstünlük verilir);
Bu sahə üzrə ən azı 3 il iş təcrübəsi olmalı;
MS Office ( Word, Excell), AutoCad proqramlarında işləməyi bilməli;
Yaş həddi 30-55;
Məsuliyyətli, dəqiq, çalışqan və komanda ilə işləmək bacarığı olmalı;