Sığortaçılar və təkrarsığortaçılar tərəfindən təqdim edilən maliyyə hesabatları və fəaliyyətləri ilə bağlı sair hesabatları toplayır, təhlil edir və digər nəzarət məlumatları da nəzərə alınmaqla sığortaçıların və təkrarsığortaçıların qanunvericiliyin və normativ xarakterli aktların tələblərinə riayət etməsinə nəzarət edir;
Təqdim edilmiş hesabatlar üzrə sığorta ehtiyatlarının formalaşdırılmasının, həmçinin sığorta tariflərinin hesablanmasının düzgünlüyünün yoxlanmasını həyata keçirir;
Təsdiq olunmuş yoxlama qrafikinə uyğun olaraq sığortaçılarda və təkrarsığortaçılarda səyyar yoxlamalarda iştirak edir;
Nəzarət subyektlərinə müvafiq göstərişlər və tapşırıqların verilməsi, habelə nəzarət nəticələrinə əsasən sığorta qanunvericiliyində nəzərdə tutulmuş tədbirlərin həyata keçirilməsində iştirak edir;
Sığorta üzrə beynəlxalq təcrübənin araşdırılmasını həyata keçirir;
Sığorta bazarının ümumi təhlilində və diaqnostikasında, həmçinin rəhbərliyə hesabatların hazırlanmasında iştirak edir;
Nəzarətin optimallaşdırılması baxımından prudensial normativlərin, tələblərin və hesabatların təkmilləşdirilməsində iştirak edir;
Sığorta Nəzarəti Sisteminin əməliyyat inzibatçılığını həyata keçirir.
Test mövzuları Sığorta qanunvericiliyi
Riyazi statistika və riyazi modelləşdirmə
Riyaziyyat
Məntiq
Maliyyə hesabatlarının beynəlxalq standartları
Mühasibat uçotu
Ümumi kompüter bilikləri
İngilis dili
Xüsusi tələblər
Təhsil RiyaziyyatAli təhsil ,MaliyyəAli təhsil ,İqtisadiyyatAli təhsil
Risklərin idarə olunması üzrə biliklərYaxşı səviyyədə
Maliyyə üzrə biliklərYaxşı səviyyədə
Ümumi iqtisadiyyat və bankçılıq üzrə biliklərYaxşı səviyyədə
Təcrübə Müvafiq sahədə (Aktuari, Maliyyə və İqtisadiyyat)2 il
Dil bacarığı Azərbaycan diliƏla səviyyədə ,İngilis diliYaxşı səviyyədə ,Rus diliArzuolunandır
Kompüter bacarığı
MS Office proqramlarıYüksək səviyyədə
Sertifikatlar Məsul aktuari şəhadətnaməsiMütləqdir