Risklərin idarə edilməsi üzrə baş mütəxəssis

Bakı

AFB Bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Bankın üzləşə biləcəyi risklərin müəyyənləşdirilməsi və bu risklərin bankın aktivlərinə, mənfəətinə və ümumilikdə müvəffəqiyyətinə potensial olaraq yaratdığı təsirlərin analiz edilməsi;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı dataların toplanması, analiz edilməsi, risklərin ölçülməsi və əldə edilmiş nəticələrin Risklərin İdarə Edilməsi strukturunun direktoruna təqdim edilməsi;
  • Bankda kredit, bazar, likvidlik riskləri üzrə modellərin qurulmasında və tətbiqində iştirak;
  • Risklərin analizi üçün makroiqtisadi, vintaj, matris, riskdə olan dəyər, riskdə olan portfel təhlillərinin aparılması və təhlillər əsasında hesabatların hazırlanması;
  • Risk növləri üzrə limitlərin müəyyən olunmasında iştirak;
  • Aylıq olaraq bank üzrə verilmiş bütün kreditlərin düzgün təsnifləşdirilməsi və ehtiyatların yaradılmasının həyata keçirilməsi;
  • Risklərlə bağlı  stress-testlərin  keçirilməsi  və  risklərin azaldılması məqsədi ilə təkliflərin verilməsi.

Xüsusi tələblər

  • İqtisadiyyat, Maliyyə, Riyaziyyat, Statistika, və ya Biznesin idarə edilməsi üzrə ali təhsil;
  • Əla səviyyədə Azərbaycan və İngilis dili bilikləri;
  • MS Office proqramlarında işləmək bacarığı , xüsusilə, yüksək səviyyədə Excel bilikləri;
  • Risklərin təhlili və minimallaşdırılması üzrə biliklər;
  • Məntiqi və analitik düşünmə tərzi.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız