Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.
Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər. Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə). Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).
Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı aşağıdakı imkanları verir: ixtisas üzrə unikal və zəngin təcrübə qazanma
peşəkar və fərdi bacarıqları təkmilləşdirmə
ali təhsillə yanaşı, nüfuzlu işə düzəlmə
yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak
anbar sahəsindən səmərəli istifadə nəzərə alınmaqla qəbul (miqdara və çeşidlərə görə), yerdəyişmə və verilmə, anbarlaşdırma, yerləşdirmə, çeşidləmə və emal üzrə iş proseslərinə nəzarət
anbarların mal vahidlərinin qəbulu, emalı və buraxılışı üçün hazırlanması
yükləmə-boşaltma anbar işlərinin təşkili
planlaşdırılan və plandankənar təftiş və inventarizasiyalarda iştirak
öz səlahiyyətləri çərçivəsində kəmiyyət və pul ölçməsində uçotun aparılması, anbarda əmtəə hərəkəti üzrə ilkin sənədlərin tamlığının və təhlükəsizliyinin təmin olunması
anbar avadanlığının, inventarın və alətlərin işlək vəziyyətinin yoxlanılması
anbar üçün xüsusi proqram təminatı ilə iş sahəsində baza biliklərə sahib olma
anbarda işin təşkili hissəsində təhlükəsizlik texnikasına və əməyin mühafizəsi üzrə normativlərə əməl olunması
Xüsusi tələblər
3-cü və daha yuxarı kurs tələbələri
Azərbaycan dili və rus dili sərbəst səviyyədə (danışıq və yazı), ingilis dilini bilənlərə üstünlük verilir
yüksək səviyyədə ünsiyyət qurma bacarığı
Internet Explorer ilə işləmə bacarığı və MS Office (Ms Word, Ms Excel) proqramları barədə biliklər