Carlsberg Azerbaijan şirkəti tələbələrə və ali təhsil müəssisəsini yeni bitirənlərə ödənişli təcrübə keçmək və universiteti bitirdikdən sonra şirkətdə işləmək imkanı təklif edir.
Əyani şöbədə 3-cü və daha yuxarı kursda oxuyan tələbələr (magistr və aspirantlar daxil olmaqla) Carlsberg Azerbaijan-da təcrübə proqramında iştirak edə bilərlər. Tələbələrə əmək müqaviləsi bağlamaq təklif olunur (müəyyən sınaq müddəti ilə). Təcrübə başa çatdıqdan sonra yüksək nəticələr göstərən təcrübəçilərə təcrübə və ixtisaslarına uyğun olaraq daimi iş təklif oluna bilər (Şirkətdə vakansiya olduğu halda).
Carlsberg Azerbaijan şirkətində təcrübə proqramı aşağıdakı imkanları verir: ixtisas üzrə unikal və zəngin təcrübə qazanma
peşəkar və fərdi bacarıqları təkmilləşdirmə
ali təhsillə yanaşı, nüfuzlu işə düzəlmə
yüksək səviyyəli peşəkarlar qrupunun real layihələrində iştirak
Xüsusi tələblər
3-cü və daha yuxarı kurs tələbələri
Azərbaycan dili və rus dili sərbəst səviyyədə (danışıq və yazı), ingilis dilini bilənlərə üstünlük verilir
yüksək səviyyədə ünsiyyət qurma bacarığı
Internet Explorer ilə işləmə bacarığı və MS Office (Ms Word, Ms Excel) proqramları barədə biliklər
məlumatların toplanması, biznes proseslərinin təsviri və modelləşdirilməsi
proseslərin effektivliyinin təhlili və onların optimallşdırılması üçün təkliflərin hazırlanması
şirkətin fəaliyyətinin müqayisəli təhlili
rəhbərlik və sifarişçilər üçün təqdimatların hazırlanması