İçərişəhərdə yerləşən 10 otaqlı "Art Club" oteli qonaqpərvərlik sahəsində karyera qurmaq istəyi olan namizədlərə qəbul şöbəsində aşağıdakı şərtlərlə ön büro köməkçisi (Front Office Assistant) işi təklif edir:
İş qrafiki (dəyişkən)
Səhər növbəsi: 07:00-dan - 15:00-dək
Axşam növbəsi: 15:00-dan - 23:00-dək
Gecə növbəsi: 23:00-dan - 07:00-dək
Həftədə bir dəfə istirahət günü
Başlanğıc: 350 azn
Namizədin biliklərinə əsaslanaraq maaş müzakirə edilə bilər
AR Əmək Məcəlləsinə əsasən rəsmiləşdirmə
Uniforma və qidalanma müəssisə tərəfindən təmin edilir
Xüsusi tələblər
Gülərüz, ünsiyyətcil, səliqəli və işə qarşı məsuliyyətli olmaq
Komandada işləmə və sərbəst qərar qəbuletmə bacarığı
İngilis, rus dillərinin B2 səviyyədə yazılı və şifahi formada istifadə edə bilmək
Kompüterlə yaxşı səviyyədə işləmə bacarığı
Aidiyyatı sahə üzrə iş təcrübəsinin olması üstünlükdür