Fonda daxil olan layihələr üzrə müraciətləri təhlil etmək və zəruri məlumatları toplamaq;
Layihə büdcələrinin işlənib hazırlanmasında, o cümlədən xərclərin qiymətləndirilməsi, izlənməsi və maliyyə vəziyyəti haqqında hesabatların hazırlanmasında iştirak etmək;
Layihə üzrə vaxt çərçivələrinin və kritik mərhələlərin müəyyən olunması daxil olmaqla layihə qrafiklərinin hazırlanmasında və monitorinqində iştirak etmək;
Layihələrin gedişatını və icrasını izləmək, həmçinin layihələrin vaxtlı-vaxtında icrasının təmin edilməsində, gecikməyə səbəb ola biləcək amillərin aradan qaldırılmasında və risklərin müəyyən edilməsində iştirak etmək;
Layihələr üzrə tələb olunan monitorinqlərdə iştirak etmək, bununla bağlı müvafiq icmalar və arayışlar hazırlamaq;
Layihələrə dair aparılan işlər üzrə Fondun digər struktur bölmələri, tərəfdaşlar, podratçılar və digər əlaqəli tərəflər ilə effektiv kommunikasiya yaratmaq;
Tikinti işlərinin gedişatına və keyfiyyətinə nəzarət etmək məqsədilə əraziyə səfərlər həyata keçirmək;
Tikinti planlarını və spesifikasiyalarını nəzərdən keçirmək və ehtiyac yarandığı təqdirdə memar və mühəndislərlə birgə əlaqələndirmək;
Layihələrin icra vəziyyəti barədə aidiyyəti qurumlar və şəxslərdən zəruri məlumatlar əldə etmək;
Layihələrin effektivliyinin artırılması məqsədi ilə qabaqcıl yerli və beynəlxalq təcrübələrin tətbiqinə dair təkliflər vermək;
Fondun fəaliyyətinə aid olan məsələlərlə bağlı dövlət və yerli özünüidarəetmə orqanları, beynəlxalq və qeyri-hökumət təşkilatları, digər hüquqi və fiziki şəxslər arasında səmərəli əlaqələndirməni təmin etmək;
Rəhbərliyə və maraqlı tərəflərə layihələrin icra statusu ilə bağlı hesabatları hazırlamaq və təqdim etmək.
Xüsusi tələblər
İqtisadiyyat, idarəetmə, mühəndislik və ya digər müvafiq texniki ixtisas üzrə ali təhsil (magistr dərəcəsi arzuolunandır);
PMP, CPM, “Dövlət Satınalmaları” sertifikatları olan namizədlərə üstünlük verilir;
Layihələrin idarəedilməsi üzrə minimum 2 il iş təcrübəsi.
Azərbaycan dilində mükəmməl yazı və ünsiyyət bacarığı olmalı (rus və ingilis dili biliyi arzuolunandır);
Aşağıdakı proqramlarda yüksək səviyyədə işləmək bacarığı olmalı:
Microsoft Outlook, Word, Excel, Sharedpoint (Power Point arzuolunandır);
Trello (və ya digər bu tipli proqramlar).
Daxili və xarici maraqlı tərəflərlə (steykholderlər) əlaqələrin qurulması, ünsiyyət və kommunikasiya bacarığı olmalı;
Nəticəyönümlü və punktual olmalı;
Təşəbbüskar və məsuliyyətli olmalı;
Stressə davamlı, dürüst və analitik düşünmə qabiliyyəti, bir çox prioritetləri idarə edərək son tarixləri qarşılamaq bacarığı olmalı;
Komanda şəklində işləmə və effektiv ünsiyyət bacarığına sahib olmalı;
Yüksək təşkilatçılıq xüsusiyyətləri olmalı;
Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmək bacarığına sahib olmalı.
İş şəraiti:İş saatları - 09:00-dan – 18:00-dək.
Şənbə, bazar istirahət günləridir.
Əmək haqqı:Müsahibə zamanı əlavə məlumat veriləcək.