Baş energetik

Bakı

Carlsberg Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətdə enerji menecment sistemini təşkil edir, tətbiq edir və dəstəkləyir
  • Şirkətin enerji təchizatı risklərini və ətraf mühitə yüklənmənin azaldılmasını idarə edir
  • enerji avadanlığının və enerji istifadə edən qurğuların, tərkibində elektron avadanlıq, elektroavtomatika qurğuları, NÖCvəA, avtomatlaşdırılmış uçot və nəzarət sistemləri olan texnoloji avadanlığın texniki cəhətdən düzgün istismarını və vaxtlı-vaxtında təmirini təşkil edir
  • Şirkətdə enerji obyektlərinin effektiv şəkildə idarə olunması, enerji resurslarının istifadə olunması və enerji effektivliyinin artırılması ilə bağlı işləri təşkil edir
  • enerji daşıyıcılarının optimal təchizatçılarının seçilməsi, enerji resurslarının dəyərinin və istehlakının azaldılması, enerji resurslarına çəkilən xərclərin optimallaşdırılması üzrə tədbirləri planlaşdırır, hazırlayır, təşkil edir və tətbiq edir
  • sənədləri aktual vəziyyətdə saxlayır, enerji resurslarının uçotu ilə bağlı işi təşkil edir və aparır
  • enerji avadanlığının, enerji resurslarının təmiri və onlara texniki qulluğun planlaşdırılmasını, Xidmətin büdcəsinin, hesabatların hazırlanmasını təşkil edir və bu işdə iştirak edir
  • istehlak olunan enerji daşıyıcılarının, elektrik enerjisinin, suyun, təbii qazın dəyərinin vaxtlı-vaxtında uçotunu və hesablanmasını təşkil edir
  • dövlət nəzarət orqanları ilə qarşılıqlı əlaqə qurur
  • tabeçilikdə olan bölmədə (təhkim olunan obyektdə) əməyin mühafizəsi istiqamətləri, yanğın, sənaye təhlükəsizliyi, ekologiya və mülki müdafiə, fövqəladə hallar üzrə təhlükəsiz əmək şəraitinin və lisenziya tələblərinin təşkil edir
  • inteqrasiya olunmuş keyfiyyət menecmenti, qida məhsullarının təhlükəsizliyi, ekologiya, əməyin təhlükəsizliyi, sağlamlığın mühafizəsi, enerji menecment sisteminin tələblərinə əməl edir

Xüsusi tələblər

  • texniki sahədə ali təhsil
  • mühəndis-texniki vəzifələrdə, sənaye təhlükəsizliyi və energetika sahəsində ən azı 3 il iş təcrübəsi
  • rəhbər vəzifələrdə ən azı 5 il iş təcrübəsi
  • ERP, MES, BI informasiya sistemləri ilə təcrübəli istifadəçi səviyyəsində iş bacarıqları
  • istehsalın enerji təminatı sahəsində zəngin təcrübə
  • orta səviyyədə rus və ingilis dili bilikləri
  • yuxarı orqanların müəssisənin enerji xidməti ilə əlaqəli qərarları, sərəncamları, əmrləri və digər rəhbər, metodik və normativ materiallar
  • müəssisə məhsullarının istehsal texnologiyasının əsasları
  • əmək və əməyin mühafizəsi, yanğın təhlükəsizliyi, sənaye təhlükəsizliyi, elektrik enerjisi təhlükəsizliyi, istehsalat sanitariyası və ətraf mühitin mühafizəsi sahəsində qanunvericiliyin tələbləri, enerji avadanlığının istismarı və modernləşdirilməsi zamanı elmi idarəetmənin tələbləri
  • yanacaq-enerji resurslarının sərfiyyat normalarının hazırlanması qaydası, kənar təşkilatlarla müəssisənin elektrik enerjisi, qaz, su və digər enerji növləri ilə təchizatına dair müqavilələrin bağlanması qaydası
  • iqtisadiyyatın, istehsalın, əməyin, idarəetmənin təşkilinin əsasları
  • analitik düşüncə tərzi
  • bilik və təcrübəni paylaşma bacarığı
  • stressə davamlılıq.

Telegram kanalımız