İnzibati məsələlər üzrə şöbə rəhbəri

Bakı

Carlsberg Azerbaijan
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Şirkətdə kargüzarlığın və arxiv işinin təşkili
  • Təmizlik işlərinin təşkili
  • Şirkət əməkdaşlarının korporativ nəqliyyatda daşınmasının təşkili
  • Şirkət əməkdaşlarının dəftərxana malları ilə təmin olunmasının təşkili
  • Şirkətin üçüncü şəxslərin müəyyən edilməsi üzrə personal və inzibati məsələlər üzrə departamentinin fəaliyyəti ilə əlaqəli olan tenderlərdə iştirak, müqavilələrin bağlanması və onlara nəzarət
  • Şirkətin istehsal prosesində yaranan qeyri-likvidlərin satışının təşkili
  • Şirkətin məişət texnikasına texniki qulluğun və təmirinin təşkili
  • Şirkət ərazisində əmələ gələn məişət tullantılarının daşınmasının təşkili
  • Keyterinqin təşkili
  • İnzibati Şöbənin büdcəsinin tərtibatı və nəzarət
  • Şirkətdə içməli su təminatının təşkili
  • Şirkətdə tibb məntəqəsinin fəaliyyətinin təşkili.

Xüsusi tələblər

  • Ali təhsil
  • Müvafiq vəzifədə ən azı 3 il iş təcrübəsi.
  • MS Word, Excel, Power Point, Teams, ERP-sistemlərində iş təcrübəsi
  • Dil bilikləri: Azərbaycan və rus dili – mükəmməl, ingilis dili (arzuolunandır) – Pre-Intermediate səviyyəsində
  • Şirkətin inzibati-təsərrüfat fəaliyyətinin təşkili prinsipləri barədə biliklər
  • Sənəd dövriyyəsinin əsasları barədə biliklər
  • Ünsiyyət qurma, danışıqların aparılması bacarıqları
  • İşgüzar ünsiyyət etikası
  • Qərar qəbulu bacarıqları
  • Komandada iş, nəticə yönümlülük, öyrənmə və öyrətmə qabiliyyəti.

Telegram kanalımız