Kiçik mühəndis (Əməliyyatların Dəstəklənməsi üzrə Sistem Administratoru) / Şəbəkə Texnologiyaları Departamenti

Bakı

Azercell
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Komandaya qoşulmaqla Siz nə əldə edəcəksiniz: Ölkənin lider mobil operator şirkətində iş təcrübəsi
  • Hibrid iş rejimi
  • Peşəkarlardan ibarət korporativ mühitdə çevik, innovativ və nəticəyönümlü komandada iş
  • Davamlı karyera inkişafı imkanları
  • Təlim və fərdi inkişaf proqramları
  • Rəqabətli əmək haqqı
  • Bonus ödənişi
  • Tibbi sığorta ilə təmin olunma (Ailə üzvləri: həyat yoldaşı və övladlar daxil)
  • Korporativ telefon və nömrə ilə təmin olunma
  • Limitsiz Azeronline Internet Paketi
  • Əlavə güzəşt və endirimlər
  • Sistem analitikinin vəzifə öhdəliklərinə bir neçə Windows və/və ya UNIX serverinin və iş stansiyasının qurulması, kritik təhlükəsizlik xətalarının aradan qaldırılması, müxtəlif periferik cihazlardan və bu cihazlara serverlərin və iş stansiyalarının ehtiyat surətlərinin köçürülməsi və bərpa edilməsi, şəbəkə qurğularında mövcud problemlərin aradan qaldırılması, məlumat bazası skriptlərinin yazılması və hesabatların hazırlanması, sistem sənədlərinin hazırlanması, yekun istifadəçi dəstəyinin təmin edilməsi daxildir.
  • İş qrafiki:
  • Hibrid iş rejimi: Bazar ertəsi - Cümə, 09:00-18:00. 
  • Şənbə və bazar günləri, milli bayramlar və matəm günü qeyri-iş günləridir.
  • İş yeri: "Azercell Telekom" MMC, Azercell-in Baş ofisi Tbilisi prospekti 149 Bakı, Azərbaycan.
  • ƏDS tətbiqlərinin bir neçə qoşulmuş şəbəkə elementi (məsələn, PS elementi, CS elementi, RAN, BSS və s.) ilə qarşılıqlı əlaqəsinin və bütün funksiyaların qaydasında işləməsinin (Qəza Hallarına Nəzarətinin sinxronlaşdırılmasını, Performans idarəetmə məlumatlarının çatdırılmasını və düzgün təhlil edilməsini, Konfiqurasiya və İnventar nəzarətinin düzgün işləməsini və s.) təmin etmək.
  • Çoxsaylı təchizatçıların olduğu kompleks mühit üçün texniki dəstəklə bağlı iş təcrübəsini yerinə yetirmək.
  • İstifadəçi hesablarının idarə edilməsi, sistem sənədləri, konfiqurasiyalar və əməliyyat təlimatlarının hazırlanması da daxil olmaqla  əməliyyat sisteminə gündəlik nəzarətin həyata keçirilməsindən məsul olmaq.
  • Miqrasiya, sistemin yenilənməsi və yeni sistemlərin yerləşdirilməsi və layihə (Funksiya Tələbləri Spesifikasiyası) daxilində xüsusi qəbul testlərinin icrası da daxil olmaqla, təkmilləşdirilmiş daxili İT layihələrini dəstəkləmək.
  • Xüsusi şəbəkə idarəetmə vasitələrindən istifadə etməklə, Əməliyyatların Dəstəklənməsi Sisteminin planlaşdırılmış profilaktikasına görə cavabdehlik daşımaq və sistemin problemsiz işləməsini təmin etmək üçün şəbəkə xətalarını dərhal müəyyənləşdirmək və həll etmək.
  • Təhlükəsizliyin təmin edilməsi və düzəlişlərin idarə edilməsini, standart konfiqurasiyaların həyata keçirilməsini və sistemin yenilənməsi və istismarı üçün Düzəliş Əməliyyatları Təklifi (MOP) kimi texniki sənədlərin yaradılmasını təmin etmək.
  • Sistemlərin və məlumatların ən yüksək təhlükəsizlik standartlarına uyğunluğunu təmin etmək.
  • Yüksək əlçatanlığın və xidmətin təmin edilməsi məqsədilə alətlər kombinasiyasından istifadə edərək proqram və xidmətlərin proaktiv monitorinqini həyata keçirmək.

Xüsusi tələblər

  • İnformasiya və Kommunikasiya Texnologiyaları (İKT) üzrə bakalavr dərəcəsi 
  • Magistr dərəcəsi arzuolunandır
  • Dil bilikləri: Azərbaycan dili – əla ,İngilis dili – çox yaxşı ,Rus dili – arzuolunandır.
  • 1-2 illik sistem əməliyyatlarının idarə edilməsi üzrə təcrübə (Problemlərin aradan qaldırılması, Konfiqurasiya, Laboratoriya testi və s.);
  • Windows/Linux sistemində iş üzrə bilik və təcrübə (əsasən Unix/Solaris OS);
  • Xətaların aradan qaldırılması alətləri və prosesləri ilə iş təcrübəsi;
  • ƏDS Platformalarında əsas domen bilikləri;
  • Telekommunikasiya şəbəkəsi üzrə baza anlayış;
  • IP Şəbəkəsi üzrə baza anlayış.
  • RHCSA/LPIC
  • Shell scripting
  • SQL scripting
  • Python biliyi
  • IP/Routers/Switches və s. biliklər
  • Oracle, MySQL, Sybase və s. kimi RDBMS sistemi bilikləri
  • SAP Business Object/Business Intelligence biliyi
  • Kritik sistemlərə fasiləsiz dəstək verilməsi bacarığı
  • Güclü iş bacarıqları
  • Tənqidi düşüncə
  • Problem həlli yönümlü
  • Analitik düşüncə tərzi
  • Ünsiyyət bacarıqları
  • Sürətli reaksiya
  • Komandada işləmə bacarıqları
  • İnteqrasiya qabiliyyəti
  • Çeviklik
  • Fərdi rəhbərlik bacarığı
  • Müştəriyönümlülük
  • Kreativlik

Telegram kanalımız