Elektrik enerjisinin istehsal, ötürücü və paylayıcı sistemlərinin işini idarə və monitorinq etmək;
İstifadəsində olan qurğu və avadanlıqları dövri yoxlanışdan keçirmək, onlara texniki nəzarət və təmir etmək;
Avadanlıqlar və ehtiyat hissələrini sifariş vermək;
Elektrik enerjisini istehsal edən qurğular və paylayıcı sistemlərin, müxtəlif elektrik işlədicilərinin, mühərrik və avadanlıqların işi və təhlükəsizliyinin monitorinq edilməsi üçün nəzarət proseduraları yaratmaq;
Sınaq və yoxlama qrafiklərinin hazırlanmasında iştirak etmək;
Tamamlanmış quraşdırma işlərinin layihəyə və avadanlığın texniki xarakteristikasına uyğunluğunun, iş və təhlükəsizlik standartlarına cavab verməsinin təmin edilməsi məqsədilə təftiş və müşahidə prosesini həyata keçirmək;
Mövcud təlimatlara əsasən, avadanlıqların iş rejiminə və onların texniki normalara uyğun işləməsinə nəzarət etmək;
Qəza və imtinaların (sıradan çıxma hallarının) təhlilində iştirak etmək.
Xüsusi tələblər
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
Elektrik və elektronika sahələrində dərin biliklər;
Təcili təmir, enerjiyə qənaət və təhlükəsizik üsulları ilə işləmək bacarığı;
Elektrik və elektron qurğuların nəzarət funksiyaları barədə bilgili olmaq;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarını bilmək.