Satınalma şöbəsinin müdiri

Bakı

Aztelekom
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Satınalma planının hazırlanması və gələcəkdə icra edilməsi; effektivliyi və səmərəliliyi təmin etmək məqsədi ilə şöbə üçün uzunmüddətli hədəfləri təyin etmək, təchizatçılar ilə ünsiyyət qurmaq; 
  • Satınalma üzrə komandanın fəaliyyətini, inkişaf planlarını və qiymətləndirmələrini hazırlamaq, məlumatlandırmaq və idarə etmək;
  • Müqavilələrin işlənib hazırlanmasına və idarə olunmasına nəzarət etmək;
  • Satınalma komandası üçün satınalma ilə bağlı təlim proqramlarının hazırlanması və həyata keçirilməsi;
  • Mövcud satınalma siyasətlərini, prosedurlarını və proqramlarını təkmilləşdirmək və ehtiyac olduqda düzəlişlər etmək;
  • Mərkəzləşdirilmiş satınalma proqramını hazırlamaq;
  • Daxil olan sifariş orderlərini (PO) emal edilməsinə nəzarət etmək; tender və təklifləri hazırlamaq; və hər hansı faktura uyğunsuzluqlarını müqayisə etmək.
  • “Aztelekom” MMC-nin bütün struktur bölmələri ilə əməkdaşlıq etməlidir;
  • Birbaşa rəhbərin yazılı və şifahi tapşırıqlarını yerinə yetirir.
  • 5 günlük iş rejimi (bazar ertəsi - cümə) 
  • iş vaxtı: 09:00 - 18:00
  • iş yeri: Baş ofis, Bakı şəhəri

Xüsusi tələblər

  •  Ali  təhsilli;
  • Satınalma sahəsi üzrə 10 il təcrübə; ən azı 3 il rəhbər vəzifəsində olmalı;
  • Azərbaycan, Rus dillərini mükəmməl bilməli, İngilis dili arzuolunandır;
  • Peşəkar ünsiyyət psixologiyasını bilməli;
  • İşgüzar yazışma əsaslarını bilməli;
  • Analitik düşüncə qabilyyətinə malik olmalı;
  • İşlərin planlaşdırılması və analiz edilməsi;
  • Sahəsi üzrə sənədləri tərtib etmə bacarığına malik olmalı;
  • Öz sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri; 
  • MS Office proqramlarını mükəmməl bilməlidir; 
  • Korporativ İdarəetmə sisteminin əsaslarını və Korporativ Mədəniyyətin əsaslarını bilməlidir.


Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız