Əmlak sığortası portfelinin artırılması üçün birbaşa ərazidə satışların həyata keçirilməsi;
Mövcud olan fərdi müştəri bazasının böyüdülməsi və satış həcminin artırılması məqsədilə şirkət tərəfindən təqdim olunan sığorta məhsullarının və xidmətlərinin irəliləyişi üzərində işlənilməsi;
Şirkətə müraciət edən müştərilərə informasiya dəstəyinin göstərilməsi ilə keyfiyyətli xidmət göstərilməsi;
Sorğu vərəqələrinin müştərilər tərəfindən doldurulmasına nəzarət edilməsi, müvafiq tarif göstəricilərini və sığorta şərtlərini almaq üçün sifarişçi haqqında tələb olunan və əlavə informasiyanı Anderraytinq Şöbəsinə vaxtı-vaxtında təqdim edilməsi;
Fərdi və bank müştərilərinə xidmət edir, müştəri tələbatına uyğun olaraq müvafiq sığorta növləri üzrə şəhadətnamələr yazılması;
Hər bir fərdi müştəri üzrə sığorta şəhadətnaməsinin yenilənməsi barədə məlumatları, ümumi sığorta haqqı məbləğlərini və müvafiq müştərilərlə əlaqəli digər komunikasiyaları özündə əks etdirən ayrıca faylların yaradılması və onlara nəzarət edilməsi.
Xüsusi tələblər
Ali təhsil
Dil bilikləri: Azərbaycan dilində səlis danışıq,Rus və İngilis dili biliyi arzuolunandır
MS Office, Outlook, Excel proqramlarında işləmək bacarığı
Sığorta satışları sahəsində minimum 1 il iş təcrübə arzuolunandır.