Böyük mühəndis (Defektoskopiya üzrə)

Bakı

SOCAR
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qaynaq birləşmələrinin standartların tələblərinə uyğun dağılmayan üsullarla (radioqrafiya, ultrasəs, maqnit tozu, penetrant) müayinə edilməsi;
  • Standartların tələblərinə uyğun olaraq rentgen filmlərinin oxunması;
  • Raportların (radioqrafiya, ultrasəs, maqnit tozu, penetrant) hazırlanması və rəyin verilməsi;
  • Tətbiq olunan standartların, keyfiyyət planlarının və ya sənədlərinin, cizgilərin, keyfiyyət nəzarət prosedurlarının, keyfiyyət işçi standartlarının yoxlanılması;
  • Qaynaq prosesinin spesifikaiyasının düzgün yerinə yetirilməsi üçün qaynaqdan əvvəl, qaynaq zamanı və qaynaq bitdikdən sonra vizual baxışın keçirilməsi;
  • Qaynaq birləşməsinin dağılmayan üsulla (fiziki üsulla) müayinəsi;
  • Qaynaq birləşmələrinin radioqrafiya müayinə üsulu ilə yoxlama zamanı radiasiya təhlükəli zonalarının təyin edilməsi (nəzarət və müşahidə zonaları);
  • Qaynaq birləşmələrinin standartların tələblərinə uyğun dağılmayan üsullarla (radioqrafiya, ultrasəs, maqnit tozu, penetrant, vakkum) müayinə edilməsi;
  • Radioaktiv maddələrin istismarı və saxlanılması;
  • Radiasiya təhlükəsizliyi və ionlaşdırıcı şüa mənbələrin fiziki mühafizəsi qaydaları və təhlükəsiz iş üsulları haqqında işçilərin təlimatlandırılması;
  • Radiasiya təhlükəsizliyi və ionlaşdırıcı şüa mənbələrinin fiziki mühafizəsinə dair sənədlərin və təlimatların hazırlanması;
  • Dağılan və dağılmayan müayinə üsullarının nəticələrinin qarşılaşdırılması.


Xüsusi tələblər

  • Ali bakalavr / Müvafiq sahə üzrə 1 İl / Müvafiq sahə üzrə Müvafiq sahə üzrə mütəxəssis vəzifəsində 1 il iş təcrübəsi
  • Sertifikat tələbləri 4 Sertifikat Müvafiq ixtisas kursu
  • Üzmə bacarığı haqqında sənəd
  • Dərketmə
  • Detallara diqqət
  • Dürüstlük
  • Etik davranış
  • Məsuliyyət
  • Mühakimə
  • Nizam-intizam
  • Peşəkarlıq
  • Problem analiz etmə
  • Şifahi özünüifadə
  • Təqdimetmə
  • İşi təqib etmə
  • Yaradıcılıq
  • Yazılı özünüifadə
  • Microsoft Excel
  • Microsoft Word
  • Microsoft Outlook
  • OpenText
  • Əməyin təhlükəsizliyi
  • Sanitariya-gigiyena
  • İş növləri və peşələr üzrə ƏMTT təlimat.
  • Yanğının söndürülməsi üsulları
  • Yanğınsöndürmə avadan. istifadə qayd.
  • Qaynaq işləri
  • Qeyri-destruktiv müayinə
  • Materialların mexaniki sınağı
  • Fəaliyyəti tənz. dax. normativ sənədlər
  • Qaynaq birləşmələrinin milli və beynəlxalq standartların normalarına uyğun dağılmayan müayinə üsulları ilə yoxlanılması qaydalarını;
  • Qaynaq birləşmələrinin növlərini, qaynaq qüsurlarının növlərini və yaranma səbəblərini;
  • Dağılmayan müayinə üsullarının prosedur və normativ-texniki sənədlərini;
  • Materialların seçilməsinə, yoxlanılmasına və sərfiyyatına olan tələbləri;
  • Qaynaq qüsurlarının növlərini, siniflərini və onların oxunmasını;
  • Dağılmayan müayinə üsullarında istifadə olunan aparatların iş prinsiplərini və texniki xüsusiyyətlərini;
  • Radiasiya təhlükəsizliyinin tələblərini;
  • Radionuklid və rentgen defektoskopların saxlanması və nəqliyyat vasitəsilə daşınması qaydalarını;
  • Dozimetrik ölçmə qaydalarını;
  • Əməyin mühafizəsi və təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə üzrə norma və qaydalarını; 

Telegram kanalımız