Daxil olan zəngləri qəbul etmək və onları təyinatı üzrə istiqamətləndirmək;
Görüləcək işləri sistemləşdirmək və tabeliyində olan əməkdaşları bu işlər üzrə qruplamaq;
E-mail və yazışmaları həyata keçirmək, ümumi mailə gələn məktubları cavablandırmaq;
Sənədlərin qəbulu, qeydiyyatı, aidiyyatı üzrə yönləndirmək, poçt və ya kuryer vasitəsi ilə ünvana çatdırılmasını təmin etmək (çap və skan edilməsi və s. bu kimi işlərin görülməsi);
Sənədlərin tamlığına, sənəd dövriyyəsinə nəzarət, düzgün təsnifləşdirilməsi, çeşidlənməsi, qeydə alınması və düzgün arxivləşdirilməsini təmin etmək (Kargüzarlıq işlərini aparmaq);
Ofis üçün tələb olunan ləvazimatların təmin edilməsi üçün sifariş blankalarının hazırlanılması;
Ofis üçün alınan təsərrüfat və ərzaq mallarının sifarişinə və düzgün alınmasına nəzarət etmək;
Ofis daxili inzibati işlərin görülməsini təşkil etmək və ofisin təmizliyinə nəzarət etmək;
İşlərin prosedur və təlimatlara uyğun şəkildə təşkil edərək icra etmək;
Rəhbərlik tərəfindən verilən tapşırıqların icrası;
Xüsusi tələblər
Ali təhsil;
İngilis dili üzrə danışma və yazma bilikləri mütləqdir;
Təqdimat bacarıqları yüksək səviyyədə olmalı;
Bu sahədə ən azı 1 il iş təcrübə (Universiteti yeni bitirən məzunlar);
Yazılı və şifahi ünsiyyətqurma qabiliyyəti;
Məsuliyyətlilik, detallara qarşı diqqətlilik;
Operativlik, vaxtdan düzgün istifadə bacarığı;
Fərdi və komanda tərkibində işləmək bacarığı;
Kompüter bacarıqları (MS Word, Excel – yüksək səviyyədə, Outlook, Internet və digər).