İnternet Bankçılıq sistemindən istifadə edərək ödənişlərin həyata keçirilməsi və uçotunun aparılması;
Onlayn kargüzarlıq, elektron qaimə fakturalarına nəzarət edilməsi, göndərilməsi və şəxsi hesab vərəqəsinin yoxlanılması;
Gəlir və xərclərin uçotunun və sənədləşməsinin aparılması;
Debitor və kreditorların uçotunun və sənədləşməsinin aparılması;
Daxil olan pul vəsaitlərinin, mal-material ehtiyatlarının və əsas vəsaitlərin tam uçotu və onların hərəkəti ilə bağlı əməliyyatların vaxtında mühasibat uçotunda əks etdirilməsini təmin etmək;
Əsas vəsaitlər üzrə amortizasiya hesablanması;
Əmək haqqı, məzuniyyət haqqı, ezamiyyət, xəstəlik və s. ilə bağlı sənədlərin hazırlanılması, hesablanılması və ödənilməsi;
Partnyorlarla hesablaşmaların və üzləşdirmələrin həyata keçirilməsi;
Verilmiş kreditlərin proqram təminatına daxil edilməsi və uçotunun aparılması;
Dövlət orqanlarına hesabatların hazırlanılması və təqdim edilməsi;
Rəhbərliyə təqdim edilən gündəlik hesabatların hazırlanılması və təqdim edilməsi;
Xüsusi tələblər
“Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununu, Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarını və bu standartlara əsasən mühasibat uçotunun aparılması qaydalarını, maliyyə və vergi uçotunun həyata keçirməyi bacarmalı;
Komputer üzrə biliklər: 1C 8.3, MS Outlook, MS Office (Excell- yaxşı səviyyədə) proqramlarından sərbəst istifadə qabiliyyəti;
Verilən tapşırıqları sərbəst həll etmə bacarığına malik olmalı;
Məsuliyyətli, işgüzar, ciddi, ünsiyyətcil və aktiv olmalı;