Strategiya Ofisinin risklərin idarə edilməsi üzrə mütəxəssisi / aparıcı mütəxəssisi / baş mütəxəssisi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Risklərin idarə edilməsi və maliyyə sahələri üzrə qabaqcıl təcrübələri öyrənərək strateji təşəbbüsləri və metrikləri formalaşdırmaq və onların icrasının təmin edilməsi istiqamətində dəstək vermək;
  • Təşəbbüslərin vaxtında və keyfiyyətlə icrasına nəzarət etmək, onlara sahiblik edən struktur bölmələrinə icra ilə bağlı dəstək göstərmək;
  • Maliyyə və makro-iqtisadi təhlillər aparmaq və onların nəticəsində proqnozlar formalaşdırmaq;
  • İcra edilmiş strateji təşəbbüslərin keyfiyyətini ölçmək və zərurət olduqda keyfiyyətin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirmək;
  • Qlobal və yerli bazarda risklərin idarə edilməsi və maliyyə sahələrinə aid yeni trendləri müəyyən etmək və onların əsasında strategiyaya aid təkliflər formalaşdırmaq;
  • Strategiyanın icrası zamanı zərurət yarandığı təqdirdə kənar məsləhətçilər cəlb etmək və onlarla yaxından çalışmaq;
  • Xüsusi hallarda müəyyən təşəbbüslər üzrə sahibliyi öz üzərinə götürmək və təşəbbüslərin icrasına görə məsuliyyət daşımaq;  
  • Strategiya üzrə görülmüş və icrada olan təşəbbüslər barədə rəhbərliyə hesabatlar və təkliflər vermək.

Xüsusi tələblər

  • Ali təhsilli (Xarici təhsil və ya beynəlxalq sertifikatklar üstünlükdür);
  • Risklərin idarə edilməsi sahəsi üzrə ən azı 1 il iş təcrübəsi olan;
  • Yaxşı səviyyədə MS Office proqramları biliyinə malik olan;
  • Xarici dilləri bilən (İngilis dili mütləqdir, rus arzuolunandır);
  • Data əsasında nəticə çıxarma, problem həll etmə və araşdırma bacarıqları olan;
  • Yüksək təqdimat və ünsiyyət qabiliyyəti olan;
  • Komandada işləmə bacarığı olan şəxsdir.     

Telegram kanalımız