Bazar risklərinin idarə edilməsi şöbəsinin mütəxəsisi / aparıcı mütəxəssisis / baş mütəxəssisi

Bakı

Azərbaycan Beynəlxalq bank
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Qlobal iqtisadiyyat və bazarlarda baş verən dəyişikliklərin ölkə iqtisadiyyatına, bankın fəaliyyətinə təsirlərinin təhlil edilməsi;
  • Maliyyə sektoru və bazarlarının sabitliyi və inkişafı məqsədləri çərçivəsində maliyyə bazarları və maliyyə infrastrukturu üzrə təhlillərin aparılması;
  • Bankda risklərin idarə edilməsi ilə bağlı requlyativ normaların və bankın risk iştahası ilə müəyyən olunmuş bazar və likvidlik riskləri üzrə limitlərin icrasına nəzarət edilməsi;
  • Bankın məruz qaldığı bazar və likvidlik risklərinin ölçülməsi üçün mövcud modellərin təkmilləşdirilməsində və yeni modellərin qurulmasında iştirak etmək;
  • Bankın investisiya portfelinin risklərinin qiymətləndirilməsində iştirak etmək;
  • Müxtəlif ssenarilər üzrə kapital simulyasiyalarının hazırlanmasında iştirak etmək;
  • Bazar riskini azaltma prosedurlarının koordinasiyası, onların icrasına nəzarət etmək.

Xüsusi tələblər

  • Maliyyə və ya iqtisadiyyat üzrə Ali təhsilə;
  • İqtisadi modelləşdirmə və statistika sahəsində biliklərə;
  • CFA və ya FRM sertifikatlarının olması üstünlükdür;
  • Microsoft Office üzrə texniki biliklərə;
  • Bazar riskləri və ya digər müvafiq sahədə minimum 1 il iş təcrübəsinə;
  • Bankların maliyyə hesabatlarını anlama və təhlil edə bilmək bacarıqlarına;
  • Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyətinə;
  • Analitik düşüncə, araşdırma və yüksək təhlil etmə qabiliyyətinə sahib olan şəxsdir.

Telegram kanalımız