İşçilərin ayliq əmək haqlarının, gəlir vergisi və sosial sığorta ayırmalarının hesablanmasi:
Əmək haqqı üzrə müxabirləşmələrin verilməsi və hesabların sistemdə yoxlanması;
Məzuniyyət haqlarının, xəstəlik vərəqəsi üzrə ödəmələrin mükafatların və son haqq-hesab ödənişlərinin hesablanması və ödənişi;
DSMF tərəfindən odənilən müavinətlərin dövlət elektron sistemində işlənməsi;
Təhtəl-hesab şəxslərlə hesablaşmaların və ezamiyyə haqlarının yoxlanması və müvafiq vergilərin tutulması;
Muzdlu işlə əlaqədar gəlir vergisinin bəyannaməsinin hazırlanması və təqdim olunması;
Sosial sığorta ayırmaları üzrə hesabatın hazırlanması və təqdim olunması;
İşçilər üçün bank kartlarının sifarişi və əmək haqqı kartları ilə bağlı problemlərin həllində dəstək;
İşçilərin əmək haqqı ilə bağlı suallarının vaxtlı-vaxtında cavablandırılması;
Əmək haqqı ilə bağlı Vergiləri Nazirliyi, DSMF və Dövlət Statistika Komitəsi tərəfindən tələb olunan məlumatların, ərizələrin hazırlanması və sualların cavablandırılması;
Rəhbərliyin diqər əlaqədar tapşırıqların yerinə yetirilməsi.
Xüsusi tələblər
Maliyyə, vergi və ya mühasibat uçotu sahəsində ali təhsil;
Müvafiq sahədə ən azı 3 il iş təcrübəsi;
İstehsalat təcrübəsi olan namizədlərə üstünlük veriləcək;
Əmək Məcəlləsi və Vergi Məcəlləsi üzrə müvafiq biliklər;
İdarəetme, analitik təhlil və təşkilatçılıq qabiliyyəti.