Daxili nəzarət və maliyyə monitorinqi üzrə mütəxəssisi

Bakı

EmbaFinans
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Azərbaycan Respublikasının Mərkəzi bankının müvafiq qayda və təlimatlarını bilmək və əməliyyatların qanunvericilik və normativ aktlara uyğunluğuna nəzarət etmək;
  • Qayda və protokol əsasında gündəlik baş verən əməliyyatlara nəzarət etmək və aylıq, rüblük və illik olmaqla müvafiq hesabatları rəhbərliyə təqdim etmək;
  • Təşkilat daxili struktur bölmələrin fəaliyyətini təhlil edərək, planlı və növbədən kənar monitorinqi həyata keçirmək;
  • Kredit portfelini təhlil, nəzarət və monitorinq etmək, kredit rikslərinin müəyyən edilməsində iştirak etmək, keçirilmiş monitorinqlə bağlı rəhbərliyə hesabatları təqdim etmək;
  • Əməliyyat, bazar və likvidlik risklərinin təhlili, risk çərçivəsinin və siyasətlərinin inkişafı və təkmilləşdirilməsi ilə bağlı təkliflərin verilməsi;
  • Rəhbərlik üçün gündəlik, aylıq və rüblük risklərin təhlilinin hazırlanması
  • Bankın yeni məhsulları, limitləri və xidmətlərinin baş verə biləcək risklərə məruz qalma ehtimalının təhlili və onların minimuma endirilməsi və idarə olunması üçün təkliflərin verilməsi

Xüsusi tələblər

  • Ali iqtisadi təhsil;
  • Bank sahəsi üzrə minimum 2 illik iş təcrübəsi (daxili nəzarət, audit və risk sahəsi üzrə);
  • Analitik təhlil və araşdırma bacarığı;
  • Komandada işləmək bacarığının olması;
  • Operativ və düzgün qərar vermək bacarığının olması;
  • Diqqətlilik, məsuliyyət və düzgünlük kimi müsbət göstəricilərə malik olması;
  • Təşəbbüskarlıq və yeni ideyalara malik olması.
  • Excel proqramı üzrə biliklərin olması.

Müraciət etmək üçün: [email protected]
Telegram kanalımız