Direktora şirkətin fəaliyyətinin təminatı üzrə işlərin həyata keçirməsi üçün rəylər təqdim etmək.
Direktorun göstəriş və tapşırıqlarına müvafiq olaraq şirkətin fəaliyyətinin müəyyən məsələləri üzrə materialların baxılmasında, öyrənilməsində, yığımında və təhlilində iştirak etmək.
Direktorun qərarlarının icrasına nəzarət etmək.
Direktorun göstərişi ilə İcraçı Direktor səlahiyyətlərinə bilavasitə aid olan digər vəzifələri yerinə yetirmək.
Şirkətin iclas və müşavirələrində iştirak etmək, habelə göstərilən iclas və müşavirələrin yekunları barədə şirkətin direktoruna yazılı və ya şifahi şəkildə məruzə etmək.
Şirkətin direktoruna lazım olan məlumatları şirkətin quruluş bölmələrindən, onun əmr və göstərişlərinin icraçılarından əldə etmək, zəruri hallarda, əldə edilmiş məlumatları ümumiləşdirmək, sistemləşdirmək və təhlil etmək.
İş günləri: Həftənin 5 günü, saatı: 9:00 – 18:00, şənbə günü 09:00-14:00
Əmək haqqı : 700-800 AZN
Xüsusi tələblər
Ali təhsil
İş təcrübəsi: Müvafiq sahədə azı 3-5 il iş təcrübəsi
Azərbaycan dilində sərbəst yazı və danışıq qabiliyyəti (ingilis və rus dilləri arzu olunandır);
Kompüter bilikləri;Microsoft Office
Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğın əleyhinə mühafizənin norma və qaydalarını bilməli
İqtisadiyyatın, eləcə də istehsalatın, əməyin, idarəetmənin təşkilinin əsaslarını bilməli
Güclü qavrama qabiliyyətinə malik olmaq, müasir onlayn ticarət təfəkkürünü dərk etmək;
Yüksək analitik düşüncə və problemləri həll etmə bacarıqlarına sahib olmaq;
Təşəbbüskar, qərar qəbul etmə bacarığı;
Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq;
Ünsiyyət qurmaq, kollektivdə işləmək və yaxşı komanda rəhbəri olmaq bacarığı;
səriştəli, müvafiq normativ sənədlərin, qaldırılan məsələlərin və edilən müraciətlərin kimə aid olduğunu təyin edə bilən, 3 ildən az olmayan təcrübəsi olan şəxslər