İstehsalat üzrə mühasib (Salyan)

Salyan

MKT İstehsalat Kommersiya MMC
Vakansiyanın yerləşdirilmə müddəti bitib

Vakansiyanın detalları

Vakansiyanın təsviri

  • Mühasibat hesabının istehsal üzrə əməliyyatları (təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirir.
  • Lazımi sənədlər əsasında (anbar mədaxil qaiməsi) xammalın mədaxili, təqdim olunmuş istehsal planına uyğun olaraq (anbar məxaric qaiməsi) xammalın yerdəyişməsi və qalıq xammalın geri-anbara qaytarılmasını icra edir.
  • Məhsulun istehsalı prosesində planlaşdırılmış istehsal normalarından kənarlaşmaların səbəbini aşkar etmək və bu əməliyyatlara gündəlik nəzarət edir.
  • İstehsal sahəsinin hesabatı əsasında hazır məhsulun anbara (hazır məhsulun mədaxili qaiməsi) mədaxil olunması.
  • Maliyyə intizamının yerinə yetirilməsinə və ehtiyatlardan səmərəli istifadəyə yönəlmiş tədbirlərin işlənib hazırlanmasında və həyata keçirilməsində iştirak edir.
  • Əvvəlki sənədlərin hesab sahələrinə uyğun qəbulunu və nəzarətini həyata keçirir və onları hesabı emala hazırlayır.
  • Pul vəsaitlərinin, əmtəə maddi qiymətlilərinin hərəkəti ilə bağlı əməliyyatları mühasibat hesabında əks etdirir. 
  • Rəhbərlik tərəfindən təyin edilmiş digər tapşırıqların icrası.

Xüsusi tələblər

  • Ali təhsil;
  • İş təcürübəsi-analoji sahədə 1-3 il;
  • Windows əməliyyat sistemi\MS Office proqramları bilikləri;
  • Yüksək səviyyədə şifahi və yazılı ünsiyyət bacarıqları;
  • Analitik, liderlik, qərar qəbuletmə və məntiqi düşünmə bacarıqları;
  • AR mülki hüququ, əmək, maliyyə və təsərrüfat qanunvericiliyinin əsaslarını bilmək;
  • Böyük təşkilatlarda problemləri çarpaz funksionallıqla idarəetmə və həll etmə bacarıqları;
  • Müəssisənin təsərrüfat-maliyyə fəaliyyətinə aid olan sənədlərin, mühasibat hesabatlarının tərtibini bilmək;
  • hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili, sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabatı sistemində əks olunma qaydalarını bilmək;
  • Serifikatlar-ACCA – arzu olunan;
  • İşi ilə bağlı ezamiyyətlərdə ola bilmək;
  • Məlumatları məxfi saxlamaq.

Telegram kanalımız