Təyin olunmuş layihələrin bütün resurs tələblərini və maliyyə aspektlərini idarə etmək və müvafiq hesabatların verilməsi üçün Layihə Menecerlərinə dəstək göstərmək;
Layihə iclaslarını təşkil etmək (təqdimatlar,iclas gündəliyi,müvafiq sənədlərin yenilənməsi və s);
Görüşlərin planlaşdırılmasına və layihə qərarlarının sənədləşdirilməsinə cavabdehlik daşımaq;
Layihə İdarəetmə Ofisi layihəsinin icrası metodologiyasını bütün layihələrə tətbiq etmək;
Təyin olunmuş layihələrin və layihə ilə bağlı tapşırıqları prosesə daxil olan tərəflər ilə razılaşdırıb icra etmək;
Prosesə daxil olan tərəflərdən gələn sorğuları verilmiş hədəf və vaxt çərçivəsində idarə etmək;
Bütün layihə üzrə sənədləşmə və layihə fayllarının normativlərə uyğun olaraq saxlanmasını təmin etmək;
Dəyişikliklər və risklərin proaktiv şəkildə idarə olunması;
Rəhbərliyə müvafiq hesabatların hazırlanması;
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək;
Şənbə və Bazar,Bayram və Matəm günləri qeyri-iş günləridir;
Nəqliyyat şirkət tərəfindən təmin olunur;
İş yeri-Heydər Əliyev Beynəlxalq Aeroportu.
Xüsusi tələblər
Layihənin idarə edilməsi və ya müvafiq sahədə min 2 illik iş təcrübəsi;
Təhsil tələbləri: Ali təhsil (Maliyyə sahəsində bilik və təcrübə arzuolunandır);
Layihə İdarəetmə metodologiyaları ilə təcrübəyə sahib olmaq;
Microsoft Word, Excel və Powerpoint proqramları ilə səlis işləmə bacarığı;
Əla yazılı və şifahi ünsiyyət bacarıqları;
Analitik təfəkkür və maliyyə göstəricilərini oxuyub, emal etmə qabiliyyəti;
Yüksək təqdimat bacarığı;
Təşkilatçılıq və Planlı işləmə bacarıqları;
Layihə İdarəetmə bacarıqları;
Layihələrin İdarəedilməsində peşəkar sertifikatlara (PMP və s) üstünlük verilir
Dil bilikləri: Azərbaycan dili-səlis, İngilis və Rus dili – yuxarı-orta (müvafiq beynəlxalq tədarükçülər ilə sıx əməkdaşlıq edildiyi üçün)