Risklərin idarə edilməsi üzrə yeni alətlərinin və metodların tətbiqi barədə təkliflər vermək;
Bankda riskli sahələr üzrə müxtəlif ssenarilər əsasında stress-testlərin hazırlanması və stress-test modellərinin qurulması;
Stress-testlərin nəticələrinin analiz edilməsi, risk limitlərinin hesablanması və risk limitlərinə müvafiq dəyişikliklərin edilməsi barədə təkliflərin hazırlanması, həmçinin Vintaj, PD, LGD modellərinin qurulması;
Risklərin İdarə Edilməsi Sahəsi üzrə beynəlxalq standartlar, qanunvericilik və bankdaxili qaydalara uyğun olaraq təhlillərin aparılması və təkmilləşdirilməsi;
Ələqadar strukturlarla qarşılıqlı çalışma əsasında Risk Xəritələrinin hazırlanması;
İFRS tələbləri üzrə araşdırmalar aparılması və təkliflər verilməsi;
Risklərin İdarə Edilməsi sahəsi üzrə Departament müdiri, baş risk inzibatçısı, əlaqədar idarə heyəti üzvü və Risklərin İdarə Edilməsi Komitəsinin tapşırıqları üzrə işlərin görülməsi;
İş Yeri: Bakı şəhəri
Xüsusi tələblər
Ali İqtisadi təhsil;
İngilis və rus dili bilikləri;
Müvafiq sahə üzrə minimum 3 il iş təcrübəsi;
Məntiqi və analitik düşünmə tərzi, təqdimat bacarıqları;
Risklərin müəyyən edilməsi və qiymətləndirilməsi metodlarının hazırlanması üzrə biliklər;
Makro səviyyədə iqtisadi təhlil apara bilmə bacarığı;
CFA və FRM üzrə sertifikat sahiblərinə üstünlük verilir.